Anikonizm (q.yun. αν - inkar prefiksi, q.yun. εἰκόνα - təsvir) — dinşünaslıq və sənətşünaslıq termini:
Anikonizm kontekstə görə fərqlənə bilər. Məsələn, təsvirlərin harada qadağan etdiyinə görə və ya kimin təsvirləri qadağan olunduğuna görə. Anikonik qadağaların nəticəsində təsvirlər məhv ediləndə, anikonism ikonoborçuluğa çevirir.[1]
Yəhudilik və İslam tarix boyu başlıca olaraq anikonik dinlər idi.[2] Həm Xristianlıq, həm də Buddizm tarixində anikonizm var. Lakin, bu gün onlar başlıca olaraq anikonist deyil.[3]
İbrahimi dinlərdə ikinci qüsurlu hərəkət bütlərin qadağası ilə bağlıdır. Amma, bu təfsir məsələsidir.[4][5]
Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
Halaxanın (yəhudi qanunu) Şulxan Arux məcəlləsi, onların büt şəkildə istifadə olub-olmadığına aslı olmayaraq, insanların, mələklərin və kosmik obyektlərinin müəyyən şəkildə oyulmuş təsvirlərini yaratmağa qadağan edir.[6]
Xristian ikonoqrafiyası III əsrdə peydə olundu. Buna görə bəziləri hesab edir ki, bundan əvvəl, Xristianlıq anikonik din idi.[7] Halbuki, artıq II əsrdən başlayaraq müşahidə olunan[8] balıq rəmzini də ikonoqrafiyanın nümunəsi olaraq saymaq olar.[1]
Erkən Protestantlıq başlıca anikonist idi və onun meydana çıxması hətta ikonoborçuluq dalğası ilə nəticələnmişdi.[9] Bundan əvvəl isə, Xristianlıqda böyük ikonoborçuluq dalğası Bizans İmperiyasında baş vermişdi.
Quranda insan təsvirlərinin qadağası yoxdur, amma bütpərəstlik qadağandır.[10] Sünniliklə müqayisədə, Şiə ibadətində təsvirlər daha çox işlənilər. Sünnilər Şiələri buna görə tənqid edir.[11][12] Məsələn, İranda həm Məhəmmədin, həm də Əlinin təsvirlərini parçalarda və xalçalarda müşahidə etmək olar. Belə təsvirlər timsal adlanır.[13]
Ümumiyyətlə, müsəlmanlar arasında anikonizmin təzahürləri çox fərqli olur.[14]
Bəhailikdə Tanrının, Babın və Bəhaullahın bədii təsvirləri qadağandır. Eyni zamanda, onların rəmzi təsvirləri və fotoşəkilləri qadağan deyil, amma onları ibadətdə işlətmək qadağandır.[15]
Güman ki, erkən Buddizm b.e. I əsrinə qədər anikonik idi. Budda taxtın üstündə boşluqla, Bodi ağacı ilə, sürənin olduğu məkanın üstündə kiçik çətirli sürənsiz at ilə, Buddanın ayaq izləri ilə və darma təkəri ilə işarə olunurdu.[16] Bu məsələ mübahisəlindir, amma hesab olunur ki, Buddanın ilk antropomorf təsvirləri yunan-buddist qarşılıqlı əlaqələrin nəticəsi idi.[17] Araşdırmaçılar arasında bunnan bağlı debat 1990-cı illərdə Syuzan Hantinqton tərəfindən başladılmışdı və hələ də davam etməkdədir.[18]
Hinduizmdə anikonik obyektlər bəzi ilahiliklərə ibadət etmək üçün işlənilir. Məsələn, Şivaizmdə tanrı Şivanın ilahi gücünü linqam (sanskr. लिङ्गं) adlı obyekt təmsil edir.[19]
...is profoundly repellent to the orthodox Sunni. So too are the rituals associated with the Imam Hussein - comparable to the central event of the crucifixion in Christianity - and indeed the whole Shia iconography, which for the Sunni strays into idol-worship.