Animal Planet (azərb. Heyvanlar aləmi) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır.
Animal Planet | |
---|---|
![]() 2018-ci ildən kanalın yeni loqosu | |
Ölkə | |
Yayım ərazisi | Yer |
Baş qərargah |
|
Yaranma tarixi | 1 oktyabr 1996 |
Sahibi | Warner Bros. Discovery[d] |
Sayt | animalplanet.com |
![]() |
«Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur. 2014-cü ilin yazında kanal 16:9 formatında yayımlanıb, HD versiyası da mövcuddur.