. Love.az

Anjela Doroqan - Wikipedia - Love.az

Ana Səhifə - Anjela Doroqan

Anjela Doroqan (2 noyabr 1989, Kişinyov) — 2007–2009-cu illərdə Moldovanı, 2010–2018-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, Avropa Oyunlarının qalibi.[1]

Anjela Doroqan
Şəxsi məlumatlar
Tam adı Anjela Doroqan
Vətəndaşlığı Moldova Moldova →
Azərbaycan Azərbaycan
Doğum tarixi 2 noyabr 1989(1989-11-02) (35 yaş)
Doğum yeri
  • Kişinyov, Moldova SSR, SSRİ
Boyu 158 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2004—2018
Məşqçisi Petro Buyuli
Komandası Atasport İdman Klubu
Medallar
Azərbaycan Azərbaycan üçün
Avropa Oyunları
Qızıl 2015 Azərbaycan 51 Kq.
Dövlət təltifləri

"Şöhrət" ordeni

Karyerası

redaktə

Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı.

Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı. Finalda Polşa güləşçisi Roksana Zasina ilə üz-üzə gələn Anjela Doroqan 3:2 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu.

Anjela Doroqan Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.

İstinadlar

redaktə
  1. ↑ International Wrestling Database. "ANZHELA DOROGAN". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anjela_Doroqan&oldid=7515989"
LOVE.AZ