Angelo Schiavio (it. Angelo Schiavio; 15 oktyabr 1905[1], Boloniya – 17 sentyabr 1990, Boloniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub .
Anjelo Skyavio | |||||||
---|---|---|---|---|---|---|---|
it. Angelo Schiavio | |||||||
![]() | |||||||
Ümumi məlumatlar | |||||||
Doğum tarixi | 15 oktyabr 1905(1905-10-15)[1] | ||||||
Doğum yeri | |||||||
Vəfat tarixi | 17 sentyabr 1990(1990-09-17) (84 yaşında) | ||||||
Vəfat yeri | |||||||
Vətəndaşlığı | |||||||
Boyu | 178 sm | ||||||
Çəkisi | 69 kq | ||||||
Mövqeyi | hücumçu | ||||||
Karyerası | |||||||
|
|||||||
![]() |
Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur. "Bolonya" 1928/29 mövsumundə ikinci titulunu qazanır və Anjelo Skyavio 26 oyunda 30 qol vurur.
1929-cu ildə A Seriyası yaranır. Anjelo Skyavio A Seriyasındakı ilk oyununu 6 oktyabr 1929-cu ildə, komandasının 3–0 məğlub olduğu "Latsio" klubu ilə səfər oyununda oynayır. İlk qolunu isə 13 noyabrda A Seriyasında "Triestina" ilə ev matçında vurur.
1931/32 mövsümündə 25 qol vurur və ölkə çempionatının bombardiri olur.
Anjelo Skyavio üçün son mövsüm cəmi 6 oyun keçirdiyi və bir qol da vurmadığı 1938/39 mövsümü olur.
Ümumilikdə, Anjelo Skyavio "Bolonya"da 15 mövsüm oynayır və klub üçün rekord sayda — 244 qol vurur.
İtaliya milli komandasında Anjelo Skyavio 20 yaşında olarkən 1925-ci ildə debüt edib.
Ümumilikdə, Anjelo Skyavio millidə 21 görüşdə 15 qol vurub.