. Love.az

Ankerit - Wikipedia - Love.az

Ana Səhifə - Ankerit

Ankerit – karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir. Kimya və tikinti sənayesində işlədilir.[2]

Ankerit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaFe²⁺(CO₃)₂
Strunz təsnifatı Vb/A.03a[1]
Xüsusiyyətləri
Zolaq rəngi ağ
Sıxlıq 3 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

redaktə
  1. ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  2. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 505 – 506. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ankerit&oldid=7485103"
LOVE.AZ