. Love.az

Anna Hakobyan - Wikipedia - Love.az

Ana Səhifə - Anna Hakobyan

Anna Vaçiki Hakobyan (erm. Աննա Վաչիկի Հակոբյան; 1 fevral 1978, İrəvan) — Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı. Armenian Times qəzetinin baş redaktorudur. Qeyri-rəsmi olaraq, Akopyan "Ermənistan Respublikasının Birinci Xanımı" olaraq qəbul edilir və bu mövqe Ermənistan Respublikası Prezidentlərinin həyat yoldaşlarına məxsusdur.

Anna Hakobyan
erm. Աննա Վաչիկի Հակոբյան
Doğum tarixi 1 fevral 1978(1978-02-01) (47 yaş)
Doğum yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Həyat yoldaşı
  • Nikol Paşinyan
Uşağı 4
Təhsili
  • İrəvan Dövlət Universiteti (1995–)
Fəaliyyəti jurnalist
İmza
annahakobyan.am
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili və karyerası
    • 1.2 Ermənistan İnqilabı
    • 1.3 Baş Nazirin xanımı
  • 2 İstinadlar

Həyatı

redaktə

Təhsili və karyerası

redaktə

Anna Hakobyan 1 fevral 1978-ci ildə Ermənistan SSR-də anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb.[1] Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Hal-hazırda Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktorudur.[2]

Ermənistan İnqilabı

redaktə
Əsas məqalə: Ermənistan inqilabı (2018)

Hakobyan, keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal rol oynadı.[3]

Baş Nazirin xanımı

redaktə

Hakopyan 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu. 2018-ci ilin avqustunda Woman's World adlı Amerikan jurnalı tərəfindən keçirilən bir sorğu Hakopyanın 2018-ci ilin ən gözəl First Lady-si olaraq tanındığını göstərdi.[4]

İstinadlar

redaktə
  1. ↑ "Nikol Pashinyan Interview". mediamax.am. January 15, 2012. October 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2019.
  2. ↑ "Arxivlənmiş surət". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  3. ↑ "Arxivlənmiş surət". 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  4. ↑ "Arxivlənmiş surət". 2021-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anna_Hakobyan&oldid=8080090"
LOVE.AZ