. Love.az

Anna Pollatou - Wikipedia - Love.az

Ana Səhifə - Anna Pollatou

Anna Pollatou (8 oktyabr 1983; Kefaloniya, Yunanıstan — 17 may 2014; Varda, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast.[1]

Anna Pollatou
yun. Άννα Πολλάτου
Şəxsi məlumatlar
Vətəndaşlığı Yunanıstan Yunanıstan
Doğum tarixi 8 oktyabr 1983
Doğum yeri Kefaloniya, Yunanıstan
Vəfat tarixi 17 may 2014 (30 yaşında)
Vəfat yeri Varda, Yunanıstan
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Boyu 166 sm.
İdman növü Bədii gimnastika
Medallar

Olimpiya Oyunları
Bürünc 2000 Sidney Qrup

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Uğurları
  • 4 Ölümü
  • 5 İstinadlar

Həyatı

redaktə

Anna Pollatou 1983-cü il oktyabrın 8-də Kefaloniya şəhərində anadan olub.[1]

Karyerası

redaktə

Anna Pollatou 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin gümüş medalına sahib oldu.[1] 1999-cu ildə isə Anna Pollatou Budapeştdə (Macarıstan) baş tutan Avropa Çempionatının qalib olub.[1]

Anna Pollatou Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.[1]

Uğurları

redaktə

Karyerası ərzində Anna Pollatou 2 dəfə Dünya Çempionatının, 3 dəfə isə Avropa Çempionatının qalibi olub.

  • 1999 Dünya Çempionatı
    • 2  Gümüş — Qrup turniri
    • 1  Qızıl — 5 gürz
    • 1  Qızıl — 3 lent + 2 halqa
  • 2000 Olimpiya Oyunları
    • 3  Bürünc — Qrup turniri
  • 1999 Avropa Çempionatı
    • 1  Qızıl — Qrup turniri
    • 1  Qızıl — 5 gürz
    • 1  Qızıl — 3 lent + 2 halqa

Ölümü

redaktə

2014-cü il mayın 17-də saat Varda şəhəri istiqamətində Anna Pollatounun idarə etdiyi avtomobil, qarşı tərəfdən gələn avtomobillə toqquşdu. Hadisə nəticəsində Anna Pollatou aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində öldü.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Olympedia.org. "Anna Polatou". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anna_Pollatou&oldid=7266294"
LOVE.AZ