. Love.az

Annalena Berbok - Wikipedia - Love.az

Ana Səhifə - Annalena Berbok

Annalena Berbok[10] və ya Baerbok[11] (alm. Annalena Charlotte Alma Baerbock‎; 15 dekabr 1980[1][2][…], Hannover[1][5]) — Almaniya siyasətçisi. O, 2018-ci ildən Robert Habek ilə birlikdə Alyans 90/Yaşıllar partiyasının həmsədridir. Baerbok partiyanın 2021-ci il federal seçkilərində kansler namizədidir. O, Yaşılların ilk qadın namizədi və Angela Merkeldən sonra Almaniyanın böyük bir siyasi partiyası tərəfindən kansler namizədi olan ikinci qadın olmuşdur.

Annalena Berbok
alm. Annalena Baerbock‎
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin prezidenti
Vəzifədədir
sentyabr 2025-ci ildən
Almaniya Bundestaqının üzvü
Vəzifədədir
25 mart 2025-ci ildən
22 oktyabr 2013 – bilinmir
Almaniya xarici işlər naziri
8 dekabr 2021 – 6 may 2025
ƏvvəlkiHayko Maas
SonrakıJohann Wadephul[d]
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü
27 yanvar 2014 – 21 yanvar 2018
Şəxsi məlumatlar
Doğum adı Annalena Charlotte Alma Baerbock
Doğum tarixi 15 dekabr 1980(1980-12-15)[1][2][…] (44 yaş)
Doğum yeri
  • Hannover, Aşağı Saksoniya, Almaniya Federativ Respublikası[1][5]
Partiya
  • Birlik 90/Yaşıllar[6][7]
Təhsili
  • Azad Berlin Universiteti[1],
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (2004–2005)[1],
  • Hamburq Universiteti[d] (2000–2004)[1],
  • Humboldt məktəbi[d] (–2000),
  • Leyk-Hayland hazırlıq məktəbi[d]
Fəaliyyəti siyasətçi, hüquqşünas
Həyat yoldaşı
  • Daniel Holeflayş[d] (2007–2024)[3]
Uşağı 2[4]
Dini lüteran kilsəsi[d][8]
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq üzrə magistr[d][9]

Təltifləri 3-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (Ukrayna) — 2023 "Katolik İzabella" ordeninin böyük xaçı (İspaniya) — 2022 Grand Officer of the Order for Merits to Lithuania (Litva) — 2024
İmzanın şəkli
annalena-baerbock.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baerbok ilk dəfə 2013-cü ildə Bundestaqa seçilmişdir. O, 2012-ci ildən 2015-ci ilə qədər Alyans 90/Yaşıllar partiya məclisinin üzvü və 2009–2013-cü illərdə partiyasının Brandenburqdakı dövlət qrupunun lideri idi.

Mündəricat

  • 1 Siyasi mövqeyi
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Siyasi mövqeyi

redaktə

Almaniya ilə Rusiya arasındakı ikitərəfli münasibətlərin bir istiqaməti olan "Şimal axını 2" qaz boru kəməri layihəsi Baerbok tərəfindən açıq şəkildə müzakirə edilir. O həmçinin, Çini Sincan, Tibet və getdikcə daha çox Honq Konqda zorakılıq törətməkdə və sistmatik şəkildə insan haqlarını pozmaqda günahlandırmışdır. Bundan əlavə, Baerbok məcburi əmək mallarının axınının Avropa təchizat zənciri qanunu ilə tənzimlənə biləcəyini irəli sürmüşdür.[11]

Əsərləri

redaktə
  • Jetzt. Wie wir unser Land erneuern. With Michael Ebmeyer. (“Now. How we renew our country.”) Ullstein Verlag, Berlin 2021, ISBN 978-3-550-20190-5.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 http://www.bundestag.de/bundestag/abgeordnete18/biografien/B/baerbock_annalena/258202.
  2. ↑ 1 2 Stammdaten aller Abgeordneten des Deutschen Bundestages.
  3. ↑ 1 2 https://www.zdf.de/nachrichten/politik/deutschland/annalena-baerbock-privat-ehe-aus-trennung-100.html.
  4. ↑ Mögliche Grünen-Parteichefin Baerbock: Für ihre Töchter (alm.). ISSN 1865-2263
  5. ↑ 1 2 Catalog of the German National Library (alm.).
  6. ↑ https://www.gruene-bundestag.de/abgeordnete/infos-zur-person/annalena-baerbock.
  7. ↑ https://www.workwithdata.com/person/annalena-baerbock-1980.
  8. ↑ https://www.bundestag.de/abgeordnete/biografien/B/baerbock_annalena/518092.
  9. ↑ https://annalena-baerbock.de/wp-content/uploads/2021/05/CV_deutsch_2021_05-1.pdf.
  10. ↑ "Almaniyanın ən gənc kansleri bu qadın ola bilər: 40 yaşlı Berbok kimdir?". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-24.
  11. ↑ 1 2 İbadov, Rafael. "Rusiya və Çin faktoru Almaniya 2021 seçki platformasında önəmli yer tutur". Topçubaşov Mərkəzi (az.). 31 avqust 2021. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.

Xarici keçidlər

redaktə
  • Baerbokun profili Yaşıllar Partiyası parlament fraksiyasının saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Annalena_Berbok&oldid=7638634"
LOVE.AZ