Ant Wan (əsl adı: Antvam Afram; 1998, Rabi[d], Uppsala dairəsi[d])[1] — İsveç repçisi. Vesterosun Råby bölgəsində böyüyüb. Onun beş trekdən təşkil etdiyi "Wow" adlı minialbomu "İsveç albomlar hit-paradı"nda birinci pilləyə çatıb.
Ant Wan | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Ant Wan |
Doğum tarixi | 1998 |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi |
Fəaliyyət illəri | 2016-cı ildən |
Janr | rep |
İsveçdə suriyalı ailədə doğulub. Aramilərdəndir. 15 yaşından bəri musiqi ilə məşğul olur. Fəaliyyətinə qanqsta rep janrlı mahnılar yazmaqla başlayıb. İlk mahnılarını 2016-cı ildə Råby təxəllüsü ilə yayımlayıb. 2019-cu ilin dekabrında Bando Kids Music leyblını təsis edib. Bu şirkət repçilər Christian "10an" Homsi və 2M ilə müqavilə imzalamışdı. Onların hər ikisi törətdikləri cinayət əməlinə görə saxlanıldıqdan sonra bu şirkət 2021-ci ildə fəaliyyətini sonlandırmalı olmuşdur.
Onun 12 oktyabr 2024-cü il tarixində Stokholmdakı Tele 2 Arena-da (futbol stadionu) baş tutan konsertinə 40,899-dən çox tamaşaçı qatılıb. O, bununla Madonnanın 2015-ci ildə həmin məkanda keçirilən rekordunu (40,557) təzələyib.[2] İsveçdə bu uğura nail olan yeganə repçidir.[3]
Adı | Buraxılış ili | Hit-paradlarda tutduğu mövqe | |
---|---|---|---|
SWE [4] |
NOR [5] | ||
724 | 2020 | 2 | — |
710 (Deluxe) | 4 | — | |
Leylas World[6] | 2021 | 1 | — |
Wow 2[7] | 1 | 38 | |
The Only Wan | 2022 | 1 [8] |
30 |
Wanderland | 2024 | 1 [9] |
23 |
Adı | Buraxılış ili | Hit-paradlarda tutduğu mövqe |
---|---|---|
SWE [4] | ||
Wow | 2019 | 1 |
Ghettostar | 4 | |
Kapitel 21 | 1 | |
For Those Who Believed | 2024 | 1 [10] |