. Love.az

Antananarivo - Wikipedia - Love.az

Ana Səhifə - Antananarivo

Antananarivu (1970-ci illərədək Tananarive, Tana; malaq. Antananarivo) — Madaqaskar Respublikasının paytaxtı və ən böyük şəhəri, Antananarivu əyalətinin inzibati mərkəzi.

Antananarivu
Tananarive
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
18°54′36″ c. e. 47°31′30″ ş. u.HGYO
Ölkə
  •  Madaqaskar[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1625
Sahəsi
  • 88.000.000 m²
Mərkəzin hündürlüyü 1.276 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 1.275.207 nəf. (2018)[2]
Rəsmi dili
  • Malaqasi dili,
  • fransız dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 22, 20
Poçt indeksi 101
Xəritəni göstər/gizlə
Antananarivu xəritədə
Antananarivu
Antananarivu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Demoqrafiya
  • 3 Haqqında
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Tarixi

redaktə

Əsası 1625-ci ildə İmerina kralı Andrianzak tərəfindən qoyulmuşdur. Madaqaskar adasının mərkəzində, Yüksək platoda (1240–1470 m ) yerləşir. 17-ci əsrin 1-ci yarısında İmerina hökmdarı Andrianzaka tərəfindən Analamanqa təpəsində salınmışdır. 1794-cü ildən İmerina dövlətinin, daha sonra Madaqasqar krallığının, Fransa müstəmləkəsinə çevrildikdən sonra 1896-cı ildən Madaqaskar koloniyasının, sonralar müstəqil Malaqasi Respublikasının (1960-cı ildən), Madaqaskar Demokratik Respublikasının (1975-ci ildən) paytaxtı olmuşdur. 1992-ci ildən Madaqaskar Respublikasının paytaxtıdır.

Demoqrafiya

redaktə

Əhalisi 1,4 mln. (aqlomerasiyada 1,6 mln., 2005).

Haqqında

redaktə

Qədim tikililər, tarixi abidələr müasir Avropa tipli binalarla ahəngdarlıq yaratmışdır. Şəhərin hündür hissəsində (Ruva rayonu) kral iqamətgahı, saray tikililəri yerləşmişdir. Antananarivu üçün kiçik mərtəbəli evlər xarakterikdir. Mərkəzdə (Anusi gölü ətrafı) müasir inzibati binalar inşa edilmişdir. Tarix muzeyi (1897), milli arxiv (1958), milli kitabxana (1961), Hira Qasi xalq teatrı, “Antananarivu teatr” və s. var. Malaqasiya EA (1902), universitet (1961), botanika bağı, rəsədxana və s., avtomobil və dəmiryol qovşağı, beynəlxalq aeroportu (İvatu) var.[3]

Həmçinin bax

redaktə
  • Madaqaskar

İstinadlar

redaktə
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  2. ↑ https://web.archive.org/web/20210512150331/https://www.instat.mg/wp-content/uploads/Resultat-globaux-RGPH3-Tome-02.pdf.
  3. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 525. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Antananarivu&oldid=6074824"
LOVE.AZ