Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. (oktyabr 2022) |
Bu məqalə stil kitabçasına uyğun deyil. Xahiş olunur məqalədə düzəlişlər apararaq onu stil kitabçasına uyğunlaşdırın. |
Antifunqal — antimikotik dərman olaraq da bilinən antifunqal kandidiaz, kriptokok, meningit kimi ciddi sistem infeksiyaları və digər mikozları müalicə etmək və qarşısını almaq üçün istifadə olunan bir farmaseptik funqisid və ya funqistatikdir. Bu cür dərmanlar ümumiyyətlə həkim resepti ilə alınır, ancaq bir neçəsi reseptsiz mövcuddur.
Antifunqal | |
---|---|
![]() | |
Təsnifatı | |
ChEBI | 86327 |
İki növ antifunqal var: yerli və sistemik. Ümumiyyətlə yerli antifunqallar müalicə olunan xəstəlikdən asılı olaraq lokal yolla tətbiq olunur. Sistemli antifunqallar ağızdan və ya venadan qəbul olunur. Klinik olaraq azol antifunqallardan yalnız bir qismi sistemik istifadə olunur. [1] Bunlara ketokonazol, itrakonazol, flukonazol, fosflukonazol, vorikonazol, posakonazol və izavukonazol daxildir. [1] [2] Azol olmayan sistemik antifun-qallara aid nümunələr arasında griseofulvin və terbinafin var.
Polien çoxsaylı ikiqat rabitələrə malik olan bir molekuldur. Bir polien antifunqal, bir hidroksillənmiş qrupa sahib olan makrotsiklik bir poliendir. Bu, polien antifunqalları amfifilik hala gətirir. Polien antimikotikləri göbələk hüceyrə membranındakı sterollarla, əsasən ergosterolla bağlanır. Bu, hüceyrə membranının keçid temperaturunu (Tk) dəyişdirir və bununla da membranı daha az maye, daha çox kristal vəziyyətə çevirir. Nəticədə hüceyrənin tərkibinə monovalent ionlar (K +, Na +, H + və Cl−), kiçik üzvi molekullar sızır və bu hüceyrənin ölməsinin əsas səbəblərindən biri hesab olunur[3]. Heyvan hüceyrələrində ergosterol əvəzinə xolesterol var və bu səbəbdən daha az həssasdırlar. Bununla birlikdə, terapevtik dozalarda, amfoterisin B insanın zəhərlənmə riskini artırır, həmçinin heyvan membranındakı xolesterolla birləşə bilər. Amfoterisin B venadaxili vurulduqda nefrotoksikdir. Polienin hidrofob zənciri qısaldıqca sterolla bağlanma aktivliyi artır. Hidrofob zəncirin daha da azalması polienin heyvanlar üçün zəhərli olmasına səbəb ola bilər.
Alilaminlər [5] ergosterol sintezi üçün tələb olunan başqa bir ferment olan epoksidazı inhibə edir. Nümunələr arasında amorolfin, butenafin, naftifin və terbinafin var[6] [7] [8].
Ekinokandinlər 1,3-beta-qlükan sintezini inhibə edərək göbələk hüceyrə divarında qlükanın yaranmasına maneə törədir:
Dəyişmiş ostrogen səviyyələri və qaraciyər zədələnməsi kimi yan təsirlərin xaricində bir çox antifungal dərman insanlarda allergik reaksiyalara səbəb ola bilər. [23] Məsələn, azol dərman qrupunun anafilaksiyaya səbəb olduğu bilinir.
Bir çox dərmanlarla qarşılıqlı təsiri də var. Xəstələr hər hansı bir dərmanın əlavə məlumat vərəqələrini ətraflı oxumalıdırlar. Məsələn, ketokonazol və ya itrakonazol kimi azol antifungal (digər funksiyalar arasında) toksinləri və dərmanları bağırsağa atan P-qlikoproteinin həm substratları, həm də inhibitorları ola bilər. [24] Dırnaq xəstəliyini müalicə etmək üçün oral antifungal müalicə tətbiq etməzdən əvvəl göbələk infeksiyasının təsdiqlənməsi lazımdır. [25] Dırnaqlarda şübhəli göbələk infeksiyası hallarının təxminən yarısı qeyri-göbələk səbəbidir. [25] Ağızdan müalicənin yan təsirləri çoxdur və xəstəliyi olmayan insanlar bu dərmanları qəbul etməməlidirlər. [25] Azollar göbələklərin hüceyrə membranında fəaliyyət göstərən antifungal qrupdur. Bəzi azollar göbələk hüceyrə membranının keçiriciliyini birbaşa artırır.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |