Antioxiya[2][3] (q.yun. Ἀντιόχεια) və ya Böyük Antioxiya (q.yun. Ἀντιόχεια ἡ Μεγάλη) — indiki Türkiyədə, tarixi Suriya regionunda, Asi çayı üzərində qədim şəhər. İndiki Antakya şəhəridir. Roma imperiyası dövründə Suriya vilayətinin paytaxtı idi.
Qədim şəhər | |
Antioxiya | |
---|---|
Ἀντιόχεια ἡ Μεγάλη | |
| |
36°12′17″ şm. e. 36°10′54″ ş. u.HGYO | |
Ölkə | |
Dağılma tarixi | 1268 |
![]() |
İps döyüşündə I Təkgözlü Antiqon üzərində qələbədən sonra diadox I Selevk Nikator fəth etdiyi torpaqlarda bir sıra şəhərlər yaratmaq arzusunda olmuşdur. Onlardan biri də Antioxiya şəhəri idi.[4] Antioxiya e.ə. IV əsrdə Selevkilərin paytaxtı olmuşdur. Roma dövründə Antioxiya imperiyada üçüncü böyük şəhər idi, şərqlə ticarət üçün vacib rol oynayırd. Bundan başqa, şəhər yunan elm və sənətinin mərkəzi idi. Xristianlığın yayılması ilə Antioxiya ümumdünya patriarxlardan birinin iqamətgahı idi. Antioxiyada dəfələrlə kilsə məclisləri çağırılırdı. Şəhər VI Sasanilər tərəfindən məhv edilmiş və Bizans imperatoru Yustinian tərəfindən yenidən inşa edilmişdir. Orta əsrlərdə Antioxiyada saratin və ərəblər üstünlük təşkil edirdi. XI əsrdə səlibçilər Antioxiya knyazlığını qurmuşdular. XIII əsrdə Məmlüklər Antioxiyanı ələ keçirmişdir. Şəhər XVI əsrdə nəhayət Osmanlı imperiyasına birləşdirilmişdir.[5]