. Love.az

Antonio Tabukki - Wikipedia - Love.az

Ana Səhifə - Antonio Tabukki

Antonio Tabukki (24 sentyabr 1943[1][2][…], Piza, İtaliya[4] – 25 mart 2012[1][3][…], Lissabon[4]) — italyan yazıçı, "Pereyra iddia edir" adlı əsərin müəllifi.

Antonio Tabukki
it. Antonino Tabucchi
Doğum tarixi 24 sentyabr 1943(1943-09-24)[1][2][…]
Doğum yeri
  • Piza, İtaliya[4]
Vəfat tarixi 25 mart 2012(2012-03-25)[1][3][…] (68 yaşında)
Vəfat yeri
  • Lissabon, Lissabon dairəsi[d], Portuqaliya[4]
Vəfat səbəbi xərçəng xəstəliyi
Uşağı 2
Təhsili
  • Sorbonne Paris Universiteti,
  • Piza Universiteti
Fəaliyyəti jurnalist, tərcüməçi, yazıçı, universitet müəllimi[d]
Fəaliyyət illəri 1975–25 mart 2012
Əsərlərinin dili italyan dili
Üzvlüyü
  • Bavariya İncəsənət Akademiyası[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) Commander of the Order of Prince Henry (Portuqaliya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Aldığı mükafatlar
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Antonio Tabukki 23 sentyabr 1943-cü ildə Pizada dünyaya gəlib, lakin Veççiano qəsəbəsində nənəsi və babasının yanında böyüyüb. 1969-cu ildə universiteti bitirib. Buraxılış işinin mövzusu "Portuqaliyada yalançılıq" olub. 1970-ci illərdə Pizadakı "Scuola Normala Superiore"də Portuqal dili və ədəbiyyatını tədqiq edib. 1973-cü ildə Boloniya Universitetinin Portuqal dili və ədəbiyyatı kafedrasında müəllim işləməyə başlayıb. Onda portuqal dilinə və ədəbiyyatına marağı Fernando Pessoanın yaradıcılığına olan heyranlığı və onu ana dilində oxumaq arzusu doğurub. 1975-ci ildə ilk romanı "Piazza d'ıtalia"da (Milan: Bompiani) dərc olunub. Siena Universitetində, Nyu-Yorkdakı "Bard Kolleci"ndə, Parisdəki "École des Hautes Études" və "Collège de France" kimi tanınmış təhsil müəssisələrində dərs deyib. Əsərləri qırxdan artıq dilə tərcümə olunub. Hazırda da üzvü olduğu Beynəlxalq Yazıçılar Parlamentinin qurucularından biridir. Tabukkiyə 2007-ci ildə Lyej Universitetinin fəxri doktoru adı verilib.

Aldığı mükafatlar

redaktə
  • Almaniya
    • Leibniz Akademiyası tərəfindən verilən Nossack mükafatı
  • Avstriya
    • Europaeischer Staatspreis
  • Fransa
    • Prix Médicis Etranger
    • Prix Européen de la Littérature
    • Prix Méditerranée
  • İspaniya
    • Hidalgo
  • İtaliya
    • Pen Klubu mükafatı
    • Campiello Mükafatı
    • Viareggio mükafatı
  • Yunanıstan
  • Aristeion

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Antonio Tabucchi // BD Gest' (fr.).
  3. ↑ 1 2 Antonio Tabucchi // filmportal.de. 2005.
  4. ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119022060 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

redaktə
  • Pereyra iddia edir Arxivləşdirilib 2007-09-15 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Antonio_Tabukki&oldid=8036279"
LOVE.AZ