Apodeyktika (yun. ἀποδεικτικός) – qəti sübut olunan şey, mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən Azərbaycan dilinə hərfi tərcümədə "inandırıcı" mənasına uyğun gəlir.[1] Aristotel məntiqində bu ifadə ilə sübut edilə bilən, mütləq və ya açıq-aşkar doğru olan müddəalara istinad edilir.[2][3]