. Love.az

Apokaliptisizm - Wikipedia - Love.az

Ana Səhifə - Apokaliptisizm

Apokaliptisizm və ya qiyamətçilik — insanın öz həyatı boyu dünyanın sonunun yaxında olması haqqında olan inamdır.[1] Bu inam əsasən hər hansısa bir fəlakətli qlobal hadisəyə görə sivilizasiyanın tezliklə təlatümlü bir formada başa çatması fikri ilə müşayiət olunur.[1]

Bu baxışların və hərəkatların dini versiyaları bir çox zaman Allahın tarixə qəfil, dramatik və fəlakətli bir formada müdaxiləsi haqqında şifrələnmiş vəhylərə diqqət yetirir: bəşəriyyətin mühakimə edilməsi, sadiq seçilmişlərin xilası və seçilmişlərin yenilənmiş göydə və yerdə Allahla bərabər olan son hakimiyyəti.[2] Əvvəlcə Zərdüştçülükdə meydana çıxmış apokaliptisizm İudaizm, xristian və müsəlman esxatoloji doktrinalarında daha dolğun bir formada təkmilləşdirilmişdir.[1][3][4][5][6]

Apokaliptisizm müntəzəm olaraq ezoterik biliklərin tarixin gedişatını dəyişdirmək üçün müəyyən olunmuş xeyir və şər qüvvələri arasında baş verməli olan böyük bir qarşıdurmada ortaya çıxacağı inamı ilə birləşdirilir.[7] Apokalipsis onları təbliğ edən müəyyən din və ya inanc sistemindən asılı olaraq yaxşı, pis, qeyri-müəyyən və ya neytral olaraq qiymətləndirilə bilər.[8][9] Lakin bu, sadəcə olaraq dini bir fikir deyildir və müasir elm, texnologiya, siyasi diskurs və konspirasiya nəzəriyyələrinə əsaslanaraq hazırlanmış başa çatma dövrləri və ya keçid ssenariləri mövcuddur.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Greisiger, Lutz. https://books.google.com/books?id=8rhRCgAAQBAJ&pg=PA272 (#bare_url_missing_title) // The Oxford Handbook of the Abrahamic Religions. Oksford və New York: Oxford University Press. 2015. 272–294. doi:10.1093/oxfordhb/9780199697762.013.14. ISBN 978-0-19-969776-2. LCCN 2014960132.
  2. ↑ "Apocalypticism Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine." In James Crossley and Alastair Lockhart (eds.) Critical Dictionary of Apocalyptic and Millenarian Movements. 2021
  3. ↑ Lietaert Peerbolte, Bert Jan. https://books.google.com/books?id=MoKxIeOTkqYC&pg=PA238 (#bare_url_missing_title) // Paul, John, and Apocalyptic Eschatology: Studies in Honour of Martinus C. de Boer. 149 (Novum Testamentum: Supplements). Leyden: Brill Publishers. 2013. 238–255. doi:10.1163/9789004250369_016. ISBN 978-90-04-25026-0. ISSN 0167-9732.
  4. ↑ "Apocalypticism - theology". Encyclopedia Britannica. 31 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
  5. ↑ Strauss, Mark. "Ten Notable Apocalypses That (Obviously) Didn't Happen". Smithsonian. 12 noyabr 2009. 31 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
  6. ↑ 1 2 "The Apocalypse and Political Discourse in an Age of COVID". Journal for the Study of the New Testament. SAGE Publications. 44 (1): 93–111. sentyabr 2021. doi:10.1177/0142064X211025464. ISSN 1745-5294.
  7. ↑ Paul O. Ingram, Frederick John Streng. Buddhist-Christian Dialogue: Mutual Renewal and Transformation. University of Hawaii Press, 1986. ss. 148–149.
  8. ↑ "Primary Sources - Apocalypse! FRONTLINE". PBS. 18 noyabr 2015. 4 mart 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
  9. ↑ "How religious and non-religious people view the apocalypse". Bulletin of the Atomic Scientists. 18 avqust 2017. 8 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Apokaliptisizm&oldid=8108251"
LOVE.AZ