Aqflyasiya və ya aqrar inflyasiya (ing. Agflation or agrarian inflation) — qiymətlərin artması və pulun alıcılıq qabiliyyətinin azalması ilə xarakterizə olunan iqtisadi bir fenomendir.[1] Daha dəqiq, aqflyasiya zamanı malların və xidmətlərin qiymətləri artdığı üçün insanlar eyni miqdarda pul ilə daha az məhsul ala bilirlər.[2][3]
Əhali eyni gəlirə malik olduqda daha az mal və xidmət əldə edə bilir. Maliyyəyə təsiri nəticəsində isə borcların real dəyəri azalır, lakin əmanətlərin də dəyəri düşür. Həddindən artıq aqflyasiya iqtisadiyyata mənfi təsir göstərir,[7] iqtisadi sabitliyi pozur və investisiyalara mane olur.
Aqflyasiya adətən İstehlak Qiymətləri İndeksi (İQİ) kimi indekslər vasitəsilə ölçülür. İQİ müəyyən dövrlər arasında mal və xidmətlərin qiymətlərindəki orta artışı göstərir.[8]