. Love.az

Aqop Balyan - Wikipedia - Love.az

Ana Səhifə - Aqop Balyan

Aqop Balyan (erm. Հակոբ Բալյան; 4 avqust 1838 və ya 1837[1], Konstantinopol, Osmanlı imperiyası – 12 noyabr 1875 və ya 1875[1], Paris) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.[2]

Aqop Balyan
q.erm. Հակոբ Պալեան
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1838(1838-08-04) və ya 1837[1]
Doğum yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Vəfat tarixi 12 noyabr 1875(1875-11-12) və ya 1875[1]
Vəfat yeri
  • Paris, Paris
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Fəaliyyəti memar
Atası Karpet Balyan
Ailəsi Balyan ailəsi

Həyatı

redaktə

Saray memarlarından Karpet Balyanın oğlu olub, 4 avqust 1837-ci ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1855-ci ildə Parisə göndərildi və burada memarlıq təhsili aldı. 1858-ci ildə memarlıq abidələrini araşdırmaq üzrə getdiyi Venesiyada qardaşı Nikoqos bəyin ölüm xəbərini aldı və dərhal İstanbula qayıtdı. Döndükdən sonra atasının yanında çalışdı və burada təcrübə qazandı. 1866-cı ildə atasının vəfatının ardından böyük qardaşı Sarkislə birlikdə saray memarlığına təyin edildi.

Avedis Bahçevanyanın qızı Pembe xanımla evli olub, xanımının 1873-cü ildə doğuş əsnasında vəfat etməsinin ardından öz səhhəti də pisləşmişdir. Bütün işlərdən əlini çəkən Aqop bəy Avropa şəhərlərini gəzməyə başladı və 12 noyabr 1875-ci ildə Parisdə ikən gənc yaşda vəfat etdi.

Teatr və incəsənətə marağı səbəbilə bir çox sənətkarı və ədibi himayə etdiyi bilinir. 1870-ci ildə Ortaköydəki erməni teatrının binasını inşa etdi. Bir çox fransız ədiblərinin əsərlərini erməni dilinə tərcümə etdirmişdir.

Mənbə

redaktə
  • Afife, Batur, Balyan Ailesi. Kişisel Arşivlerde İstanbul Belleği, Taha Toros Arşivi, 1992, s. 1089.
  • Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19. Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020.
  • Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96–108.2007

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #132229102 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ Pamukciyan, Kevork. "Agop Balyan", İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aqop_Balyan&oldid=7863659"
LOVE.AZ