. Love.az

Ariel Vilson - Wikipedia - Love.az

Ana Səhifə - Ariel Vilson

Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur.

Ariel Vilson
Arielle Wilson
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1989 (36 yaş)
Doğum yeri ABŞ Çikaqo ABŞ
Vətəndaşlığı amerikalı
Voleybolçu məlumatları
Boyu 1.91 m
Çəkisi 72 kq
Zərbəsi 303
Bloku 308
Mövqeyi Blokçu
Karyerası
Komandası Azərbaycan Lokomotiv Bakı
Nömrəsi 2
Həvəskar karyerası
2003–2007 ABŞ Proviso East HS
Klub karyerası
2002–2010
2011–2012
2012–2013
2013
2013–2014
2014–
ABŞ Pensilvaniya
Polşa İmpel Vrotslav
Azərbaycan Azərreyl Bakı
Azərbaycan İqtisadçı
İndoneziya Manokvari
Azərbaycan Lokomotiv Bakı
Milli komanda karyerası
ABŞ ABŞ

Karyerası

redaktə

Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu.[1]

Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi.

Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə baxmayaraq yarım mövsüm bu komanda da oynamışdı. Nəhayət 2013-cü ilin dekabrında komandadan qovulmuşdur.[2][3]

İqtisadçıdakı uğursuz çıxışının ardından İndoneziyada özünə iş yeri tapan voleybolçu burada “Valeriya Manokvari Papua Barat” adlı klubla anlaşmışdı.[4] Onun Asiya karyerası isə uzun çəkməyib. Hansısa komandada duruş gətirməyi bacarmayan və əvvəlki formasından qat-qat zəif oyunçu burada da istəniləni verə bilməyib. Bu dəfə isə ona Lokomotiv elçi düşüb və yüksək məbləğ qarşılığında onunla danışıqları müsbət yekunlaşdırıb. Nəticədə həmin il transfer siyasətində ancaq səhvlərə yol verən Bakı təmsilçisi Ariellə 2014-cü ilin may ayına qədər müqavilə imzalamışdı.[5]

İstinadlar

redaktə
  1. ↑ Pronounced: ARE-ee-el•WILL-son Arxivləşdirilib 2012-12-29 at the Wayback Machine  (ing.)
  2. ↑ Bakının “İqtisadçı” voleybol komandası Ariel Vilsonu heyətindən kənarlaşdırmışdır  (az.)
  3. ↑ Bakının “İqtisadçı” voleybol komandası Ariel Vilsonu heyətindən kənarlaşdırmışdı  (az.)
  4. ↑ Azərbaycan çempionatının mükafatçısı İndoneziya klubunda Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine  (ing.)
  5. ↑ "Lokomotiv" də növbəti amerikalı Arxivləşdirilib 2014-07-05 at the Wayback Machine  (az.)

Xarici keçidlər

redaktə
  •  (ing.) Voleybolçunun CEV profili Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine
  •  (ing.) Voleybolçunun gopsusports.com saytında profili Arxivləşdirilib 2012-12-29 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ariel_Vilson&oldid=7622400"
LOVE.AZ