Arqo (təq. 2009 – 23 yanvar 2024) və ya bəzən Barone[1] – Pompey xarabalıqlarında yaşamış sahibsiz it. O, Pompey xarabalıqlarının qoruyucusu və talismanı hesab olunmuşdur.
Arqo | |
---|---|
Məlumatlar | |
Digər ad(lar)ı | Barone |
Növü | it |
Cinsi | qarışıq |
Cinsiyyəti | erkək |
Doğum yeri | Pompey |
Ölüm tarixi | 23 yanvar 2024 (14–15 yaşında) |
Ölüm yeri | Pompey |
Sahibsiz itlər tarixən Pompey xarabalıqlarının küçələrində və domuslarında dolaşmışdırlar. Müfəttişlər və direktorlar it hücumlarının və yaydıqları xəstəliklərin qarşısını almaq üçün küçə itlərinin sayını azaltmağı təklif etmişdirlər. Buna baxmayaraq, itlər ziyarətçilər arasında populyar idilər. 1990-cı illərdə Pompeydə küçə itlərinin sayı azaltmaq üçün cəhdlər edilmişdir.[2]
2009-cu ildə Pompeydə fəaliyyət göstərən rəsmilər itləri qeydiyyata almağa, sterilləşdirməyə və onlara mikroçip taxmağa, daha sonra sahibləndirməyə başlamışdırlar. Lakin proqram korrupsiya səbəbilə effektiv olmamış və cəmi 26 it sahibləndirilmişdir. Daha effektiv proqram 2014-cü ildə Böyük Pompey Layihəsi zamanı başladılmışdır. Xəstəliyi olmayan və turistlər üçün təhlükəli hesab olunmayan itlər Pompeyin "məhəllə itləri" hesab olunmuşdur. Pompey xarabalıqlarının son küçə iti olan Arqo istisna olmaqla bütün itlər sahibləndirilmişdir.[2]
Parkın hazırkı tələbləri ərazidə heyvanların tərk edilməsini və ziyarətçilərə 10 kiloqramdan ağır ev heyvanlarını gətirməyi qadağan edir.[1]
Arqo yerli sakinlər tərəfindən bəzən "Barone" (hərf. "avara") adı ilə çağırılırdı.[1] O, Pompeyi küçük olanda ziyarət etməyə başlamış,[3] yayda və qışda əraziyə giriş saatlarını öyrənmişdir. Arqo hər gün hamıdan birinci əraziyə daxil olur[4] və hamıdan sonra ərazini tərk edirdi.[5] O, Pompeyi ziyarət edən məktəb və turist qruplarına qoşulurdu[6] və ərazidə işləyən arxeoloqları müşayiət edirdi.[7] O, Pompeydə baş tutmuş teatr tamaşalarında iştirak etmişdir.[8] Arqo mehriban və sakit xarakterinə görə tanınan it olmuşdur.[9] İnsanlar onla qarşılaşanda ona yemək verirdilər.[1] O, xarabalıqlarının qoruyucusu[6] və "sahibi" hesab olunmuşdur.[8]
Arqo 23 yanvar 2024-cü ildə[10] 15 yaşında ölmüşdür.[11] Bədəni kremasiya olunmuşdur.[12] Bir çox şəxs sosial mediada Arqonun ölümü bağlı paylaşım etmişdir.[2] Qlauko Messina adlı könüllü Pompeyi ziyarət etmiş şəxslərdən Arqo ilə fotolarını paylaşmalarını istəmişdir.[3] Arqo arxeoloji qazıntı işlərinin bir parçası hesab olunmuş[13] və "Pompeyin son iti" adlandırılmışdır.[14]
Pompeyin arxeoloji parkı qədim şəhərin qoruyucusu və "sahibi" kimi verdiyi xidmətlərə görə Arqonun xatirəsini yad etmişdir.[8][15] Park rəsmisi Silviya Vaçça "Facebook"da xatirə postu paylaşaraq "qədim sakinlərin ruhlarının qoruyucuları olan Pompey itlərinin son qalası öldü" sözlərini yazmışdır.[16] 2024-cü ilin yanvarında Pompey xarabalıqlarında Arqonun heykəlini ucaltmaq təklif olunmuşdur.[17]