Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[1]
Arta | |
---|---|
38°54′ şm. e. 48°20′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 641 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi mövqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır.[2]
Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi təqribən 45-50 nəfərdir.
Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.
Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |