. Love.az

Artur Arutyunyan - Wikipedia - Love.az

Ana Səhifə - Artur Arutyunyan

Artur İvanoviç Arutyunyan (erm. Արթուր Հարությունյան Իվանի; 20 yanvar 1979[1], Stepanakert[1]) — Ermənistan siyasətçisi. O, Ermənistan Respublikasının keçmiş maliyyə naziri, Qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisinin deputatı, "Azad Vətən-KMD" partiyalar alyansının proporsional siyahısında Qondarma DQR Respublikası Milli Assambleyasının Maliyyə, Büdcə və İqtisadi İdarəetmə Daimi Komitəsinin sədri, "DQR– Kanada" dostluq qrupunun rəhbəri olmuşdur, Qondarma Dağlıq Qarabağ Respublikasının 7-ci Dövlət Naziridir (18 sentyabr 2023).

Artur Arutyunyan
Qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri
18 sentyabr 2023 – 1 yanvar 2024
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1979(1979-01-20)[1] (46 yaş)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ[1]
Partiya
  • Azad Vətən
Fəaliyyəti iqtisadçı, hüquqşünas

Təltifləri "Ananiya Şirakatsi" medalı (Ermənistan) — 2016

Həyatı

redaktə

Artur İvanoviç Arutyunyan 20 yanvar 1979-cu ildə Xankəndi şəhərində anadan olmuşdur. 1991-ci ildə Xankəndi şəhər 8 saylı orta məktəbi bitirmişdir. 1995-ci ildə Xankəndi Fizika Məktəbini bitirmişdir. 1999-cu ildə Xankəndi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin "Ümumi iqtisadiyyat" fakültəsini bitirmişdir. 2007-ci ildə "Mesrop Maştots" Universitetinin "Hüquq" fakültəsini bitirmişdir.

Mükafalatları

redaktə
  • 4 dekabr 2014-cü ildə DQR Baş Nazirinin qərarı ilə o, DQR Baş Nazirinin xatirə medalı ilə təltif edilmişdir.
  • 21 oktyabr 2016-cı il tarixində DQR fərmanı ilə ona DQR Vergi Xidmətinin birinci dərəcəli dövlət müşaviri rütbəsi verilmişdir.
  • 2016-cı il dekabrın 14-də DQR prezidentinin fərmanı ilə "Ananiya Şirakatsi" medalı ilə təltif edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 http://aif.am/hy/pages/76.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Artur_Arutyunyan&oldid=7447340"
LOVE.AZ