. Love.az

Artur Cefri - Wikipedia - Love.az

Ana Səhifə - Artur Cefri

Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas.[2]

Artur Cefri
ing. Arthur Jeffery
Doğum tarixi 18 oktyabr 1892
Doğum yeri Avstraliya, Melburn
Vəfat tarixi 2 avqust 1959(1959-08-02)[1] (66 yaşında)
Vəfat yeri Kanada, Yeni Şotlandiya
Fəaliyyəti şərqşünas

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Kitabları
  • 4 İstinadlar 

Həyatı

redaktə

Melburn Universitetində təhsil almış, Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir.[2]

Fəaliyyəti

redaktə

1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi.[2]

Kitabları

redaktə

Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.[2]

İstinadlar 

redaktə
  1. ↑ Arthur Jeffery // AlKindi.
  2. ↑ 1 2 3 4 Artur Cefri// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 211. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Artur_Cefri&oldid=7905897"
LOVE.AZ