Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Asif Asiman | |
---|---|
| |
Doğum adı | Asif Məhəmmədəli oğlu Quliyev |
Təxəllüsü | Asif Asiman |
Doğum tarixi | 23 yanvar 1955(1955-01-23) (70 yaş) |
Doğum yeri | |
Uşağı | 3 övladı var |
Atası | Məhəmmədəli Quliyev |
Fəaliyyəti | jurnalist |
![]() |
23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur.
Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir.
İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır.
1986–1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır.
Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir. 3 övladı var.
Bədii yaradıcılığa orta məktəb illərində başlamışdır.
İlkin publisistik fəaliyyəti dövründə "Yeni Ordubad", "Yeni həyat", "Sovet Naxçıvanı", "Sosialist Sumqayıtı" qəzetləri ilə əməkdaşlıq etmişdir.
Vikianbarda Asif Asiman ilə əlaqəli mediafayllar var. |