Asif Nəsirov (tam adı: Asif Musa oğlu Nəsirov, d.25 dekabr, 1958 - ö.8 noyabr, 2016 Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı alim, texnika elmləri namizədi, bir ixtira, 8 kitab və 82 elmi əsərin müəllifi, iki Beynəlxalq elmi simpoziumun[1][2] iştirakçısı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
Asif Nəsirov | |
---|---|
Asif Musa oğlu Nəsirov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri |
Böyük Qışlaq, Tovuz rayonu, ![]() ![]() |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri |
Bakı şəhəri,![]() |
Dəfn yeri | Bakı şəhəri Məhəmmdli kəndi |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti |
Azərbaycanlı ![]() |
Atası | Musa |
Anası | Telxanım |
Elm sahəsi | Texnika elmləri |
Elmi dərəcəsi | Texnika elmləri namizədi |
Elmi adı | Dosent |
İş yerləri | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Həsən Feyziyev |
Tanınır | Azaldılmış reagent sərfli və az axıntılı su emalı texnologiyaları |
Asif Musa oğlu Nəsirov 25 dekabr 1958-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitar texniki işlər fakültəsinə daxil olub. 1980-ci ildə institutu «İstilik-qaz təchizatı və ventilyasiya» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək «inşaat mühəndisi» ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə layihəçi mühəndis kimi başlamışdır.
1981-ci ildən 1993-cü ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin «İstilik təchizatı və İstilik texnikası» kafedrasının nəzdindəki Ümumittifaq əhəmiyyətli “3 saylı Sahə Еlmi-Тədqiqat Laboratoriyası”nda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, 1982-85-ci illərdə АzMİU-nun aspiranturasında əyani təhsil almış, 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən kafedrada saat hesabı dərs aparmağa başlamış, 1993-ci ildə müsabiqə yolu ilə kafedraya müəllim keçmiş və ömrünün sonunadək kafedrada dosent vəzifəsində işləmişdir.
İşlədiyi dövrdə А.М.Nəsirov özünü savadlı mütəxəssis, çalışqan və intizamlı işçi, yüksək mənəvi keyfiyyətlərə malik ali kateqoriyalı müəllim kimi göstərmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri arasında yüksək nüfuz və hörmətə malik olmuş, ictimai işlərdə yaxından iştirak edmişdir.
Asif Musa oğlu Nəsirov 8 noyabr 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.
Ali təhsilin bakalavr və magistr pilləri üçün ilk fənn proqramlarının hazırlanmasında iştirak etmişdir:
Hazırlanmasında iştirak etdiyi layihələndirmə normaları:
3 metodik və 5 dərs vəsaiti çap olunmuşdur:
1 oğlu, 2 nəvəsi var.
Vikianbarda Asif Nəsirov ilə əlaqəli mediafayllar var. |