. Love.az

Asim Quliyev Ressam - Wikipedia - Love.az

Ana Səhifə - Asim Quliyev Ressam
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Asim Quliyev.

Asim Rzaqulu oğlu Quliyev (d. 9 yanvar, 1936) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısı, Azərbaycan Respublikasının Əməkdar rəssamı.[1]

Asim Quliyev
Quliyev Asim Rzaqulu oğlu
Doğum tarixi 9 yanvar 1936 (89 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı şəhəri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Ə.Əzimzadə adına Rəssamlıq məktəbi, Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsi, SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanası
Mükafatları

Həyatı

redaktə

Quliyev Asim Rzaqulu oğlu 9 yanvar 1936-cı ildə Bakıda anadan olmuşdur.

O, 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1964-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir.

1969-1970-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarında təhsilini davam etdirmişdir.

Asim Quliyev 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısıdır.

Asim Quliyev Vaqif Nəzirov ilə birlikdə 1978-ci ildə "Sülh göyərçini" (Sumqayıt) monumental abidəsini işləmişdir. Həmin əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. "İmadəddin Nəsiminin" (Sumqayıt, Nəsimi adına parkda), Vaqif Mustafazadənin və qızı Əzizənin Asim Quliyevin heykəltaraşlıq portretlərindəndir. Asim Quliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş olunmuşdur. Asim Quliyevin 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmuşdür.[2]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-12.
  2. ↑ "Arxivlənmiş surət". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Asim_Quliyev_(rəssam)&oldid=7162960"
LOVE.AZ