. Love.az

Asproparthenis Punctiventris - Wikipedia - Love.az

Ana Səhifə - Asproparthenis Punctiventris

Asproparthenis punctiventris (lat. Asproparthenis punctiventris) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin curculionidae fəsiləsinin asproparthenis cinsinə aid heyvan növü.

Asproparthenis punctiventris
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Dəstə:
Sərtqanadlılar
Yarımdəstə:
Polyphaga
İnfradəstə:
Cucujiformia
Klad:
Phytophaga
Fəsiləüstü:
Curculionoidea
Fəsilə:
Curculionidae
Yarımfəsilə:
Lixinae
Triba:
Cleonini
Cins:
Asproparthenis
Növ:
Asproparthenis punctiventris
Beynəlxalq elmi adı
  • Asproparthenis punctiventris
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1617956
EOL  3363611

Mündəricat

  • 1 Xarici quruluşu
  • 2 Həyat tərzi
  • 3 Yayılması
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Xarici quruluşu

redaktə

Yetkin forması bozumtul-qonur olmaqla, bədəninin üzəri boz rəngli tükcüklərlə örtülmüşdür. Böcəyin xortumu kütdür, zirvəsi azacıq genişlənmiş və üzərində aydın görünən uzununa gedən şişkinlik vardır. Bığcıqları dirsəkvarıdır və özləri də başın əsasından irəliyə doğru yönəlmişdir. Döş qalxancığının səthi hamar olmayıb, qırışıqlıdır və üzərində nöqtələr yerləşir. Qanadların nəhayətləri halqavarıdır. Hər bir qanadüstlük üzərində nöqtələrdən ibarət 10 cərgə zolaq vardır. Qanadı üzərində çəpinə istiqamətdə qara rəngli qırıq xətlərədn təşkil edilmiş zolaq keçir. Hər bir qanadüstünün qurtaracağında iki ağ rəngli nöqtə vardır. Erkək fərdlər dişilərdən ön ayaqlarının quruluşuna görə seçilir. Böcəklərin uzunluğu 1,2-1,4 sm, eni 0,4-0,6 sm-dir. Yumurtası ovalvarı, sarımtıl ağ rəngdədir. Sürfəsi ağdır, ayaqsızdır və qövsvarı bükülmüşdür. Başı qonurdur. Baş qalxancığının hər iki tərəfindən kənarları iti olan qaşığa bənzər üst çənələr çıxır. Sürfələr bu çənələrlə çuğundurun kökünü gəmirib, onunla qidalanır. Yetkin sürfələrin uzunluğu 30 mm-ə çatır.

Həyat tərzi

redaktə

Böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-12oC temperatur əmələ gələn zaman onlar qış yuxusundan oyanır, torpaq üzərinə qalxır, təpəçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtilərinə keçir. Böcəklər çuğundur yarpaqlarının ayasını və saplaqlarını yeyir və beləliklə, cücərtilərin kütləvi məhv olmasına səbəb olur. Bu müddət ərzində böcəklər uçmur, daim torpaq üzərində hərəkət edir və onların cinsiyyət məhsulları yetişir. Hava şəraitindən asılı olaraq 15-30 gündən sonra onlar uçurlar. Bu zərərvericinin uçuşu üçün günəşli və isti havalar əlverişlidir. Uçuşdan sonar dişi böcəklər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəldimiş çökəkciyə qoyulur. Hər bir cökəkciyə bir yumurta yerləşdirilir. Bir dişi böcək bütün həyatı boyu orta hesabla 200-ə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 7-10 gündən sonra sürfələr çıxmağa başlayır. Sürfələrin iki üç ay müddətində inkişaf edib 5 yaş keçirir. Bu müddətdə onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmlə gətirir və nəticədə bitkilərin əksəriyyətinin quruyaraq tamamilə məhv olmasna səbəb olur. Qurumayan bitkilər isə zəifləyir, sısqalaşır və onların məhsulunda şəkərin faizi azalır. Sürfələrin inkişafı qurtardıqdan sonra torpaq yuvacıqları içərisində puplaşır. Təxminən iki həftədən sonra puplardan çıxan böcəklər torpaq üzərinə çıxmır və oradaca qışlayır. İl ərzində bir nəsil verir.

Yayılması

redaktə

Şimali Qafqaz, Qərbi Sibir regionlarında, Azərbaycanda isə çuğundur əkilən bütün rayonlarda yayılıb.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Asproparthenis_punctiventris&oldid=6970275"
LOVE.AZ