Assistent – (lat.assistens (assistentis)) – iştirak edən, kömək edən şəxs.
ali məktəb müəssisəsində (kafedralarında) kiçik müəllim vəzifəsi və bu vəzifəni tutan şəxs;
əsas işin yerinə yetirilməsi zamanı mütəxəssisin köməkçisi: ali məktəblərdə mühazirə oxumaqda, laboratoriya işində və əməli məşğələlərdə mühazirəçiyə və ya professora kömək edən şəxs;
xəstəliyin gedişini müşahidə edən və cərrahiyyə zamanı həkimin köməkçisi – yardımçısı;
Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.