"AtaBank" ASC — 100% yerli kapitala malik Azərbaycan bankı. 2020-ci ildə müflis olaraq ləğv edilib.
AtaBank | |
---|---|
![]() | |
Yaranma tarixi | 1993 |
Ləğvolma tarixi | 2020 |
Mərkəzi | |
atabank.com/?lang=en |
1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. AtaBank-ın fəaliyyət tarixinin ən önəmli hadisələri aşağıdakılardır:
"Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Mərkəzi Bank tərəfindən Atabankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, bu bank ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitalını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Son yoxlamalara əsasən "Atabank"da kapital göstəricisi 214 milyon manat olduğu üzə çıxıb. Lakin onun normal fəaliyyəti üçün 264 milyon manatın lazımdır.[1]
Bankın səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər. Atabank və digər müflis olan bank Amrahbankın bank sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə "Atabank"a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən, bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.[2] Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən "Atabank" ASC-nin lisenziyası həmin tarixdən etibarən ləğv edilib. Nəticədə bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.[3]