. Love.az

Aureliyo Milani - Wikipedia - Love.az

Ana Səhifə - Aureliyo Milani

Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934[1] – 25 noyabr 2014[2][3], Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub.

Aureliyo Milani
Ümumi məlumatlar
Doğum tarixi 14 may 1934(1934-05-14)[1]
Vəfat tarixi 25 noyabr 2014(2014-11-25)[2][3] (80 yaşında)
Vəfat yeri
  • Milan, Milan əyaləti, Lombardiya, İtaliya
Vətəndaşlığı
  •  İtaliya
  •  İtaliya krallığı
Boyu 182 sm
Çəkisi 80 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyera
  • 2 Titulları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyera

redaktə

Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb.

"Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub.

Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur. O "İnter"lə birlikdə İtaliya çempionluğu, Çempionlar Kubokunu və Qitələrarası Kubokunu qazanıb.

Futbolçu İtaliya millisində yeganə oyununu 10 may 1964-cü ildə İsveçrəyə qarşı keçirib.

Milani karyerasını 1967-ci ildə "Verbania" klubunda başa vurur.

Titulları

redaktə
  • İtaliya çempionu (1): 1964/65.
  • Çempionlar Kubokunun qalibi (2): 1963/64, 1964/65.
  • Qitələrarası Kubokun qalibi (1): 1964.
  • Kubok Qalibləri Kubokunun finalçısı (1): 1961/62.
  • A Seriyası bombardiri (1) : 1961/62.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Aurelio Milani // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 https://www.national-football-teams.com/player/14885.html.
  3. ↑ 1 2 Aurelio Milani, morto il centravanti storico della Grande Inter (it.). 2014.

Xarici keçidlər

redaktə
  • Aureliyo Milani National-Football-Teams.com'da
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aureliyo_Milani&oldid=6914078"
LOVE.AZ