Avanpost (fr. avant-poste; hərfi tərcümə – ön oturacaq) — bəzi xarici ordularda keşikçi postu. XVII–XIX əsrlərdə Çar Rusiyasında tətbiq olunmuşdur. İstirahətdə və ya müdafiədə olan qoşunları qəfil hücumdan qorumaq üçün düşmən mövqeyi yaxınlığına göndərilirdi.[1]