Avraaam Linkoln sui-qəsdi — 14 aprel 1865-ci ildə Müqəddəs Cümə günü baş verən Amerika vətəndaş müharibəsinin son böyük hadisələrindən biridir. ABŞ prezidenti Avraam Linkoln, "Amerikalı qardaş oğlu" adlı tamaşanı həyat yoldaşı və iki qonağı ilə Ford Teatrında seyr edərkən silahla vurulmuşdur.
Avraam Linkoln sui-qəsdi | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
38°53′47″ şm. e. 77°01′32″ q. u.HGYO | |
Tarix | 15 aprel 1865 |
Silah(lar) | xəncər |
Ölü sayı |
|
Yaralı sayı |
|
Törədən(lər) | Con Uilks But |
![]() |
Aktyor və Konfederasiya tərəfdarı olan Con Uilks But, digər sui-qəsdçilər Lyuis Pauell və Corc Atzerodt ilə birlikdə, müvafiq olaraq o dövrün xarici işlər naziri Uilyam Sivard və vitse-prezident Endrü Consonu öldürməyi planlaşdırdılar. But, xaos yaradacağına və Linkoln, Sivard və Consonu öldürərək Federal Hökuməti məhv edəcəyinə ümid etmişdi. But Linkolnu öldürməyə müvəffəq olsa da, plan ümumi məqsədinə çatmamışdır. Sivardda da hücum edildi, ancaq o sağaldı. Consonu vurmalı olan adam isə panikaya düşərək Vaşinqtona qaçmışdır.
Con Uilks But ifrat cənub tərəfdarı və Konfederasiya adından çalışan bir Merilend casusu idi. Butun ilk planı, Linkolnu bazarlıq üçün Konfederasiya həbsxanasına qaçırmaq idi, lakin Linkolnun 11 apreldə afroamerikalıların hüquqları mövzusunda etdiyi nitqinə görə planını dəyişdirərək onu öldürməyə qərar vermişdir. But, Linkoln və həyat yoldaşının Ford Teatrında bir tamaşa izləməyə gələcəyini öyrənir. Planını daha da genişləndiror və vitse-prezident Endrü Conson və xarici işlər naziri Uilyam Sivard üçün sui-qəsdçilər təşkil edir. 14 aprel axşamı, Linkoln və həyat yoldaşı "Our American Cousin" ("Amerikalı əmimiz") tamaşasını izləmək üçün Ford Teatrına gəlir. Linkolnun yaxın mühafizəçisi Ward Hill Lamon, həmin gün Linkoln istəmədiyi üçün tamaşaya baxmağa gəlməmişdir. Linkoln oyunu izləmək üçün şəxsi eyvanında yerini alır. But, eyvanın arxasında bir deşik açaraq gözləyir. O burada oyunun ən gülməli anını gözləyirdi. Beləliklə, səs-küy səbəbindən silah səsləri nəzərə çarpmayacaqdı. But, gülüş səslərinin ortasında Linkolnu vurur və polkovnik Henri Rathbonenin səyinə baxmayaraq səhnəyə atlaya bilir. Sonra "Sic semper tyranis!" deyə (Həmişə zalımlar üçün) qışqıraraq qaçır[1]. Sui-qəsddən 12 gün sonra Con Uilks But Federal agentlər tərəfindən tapılır. Nəhayət Virciniyadakı bir anbarda öldürülür.
Sui-qəsddən sonra Linkoln teatrın qarşısındakı Alman dərzisinə məxsus bir evə köçürülür. Linkoln 15 aprel 1865-ci ildə səhər saatlarında vəfat edir[2]. Linkolnun cənazəsi İllinoysa qatarla aparılır[3]. Linkoln ABŞ-nin ən böyük prezidentlərindən biri hesab olunur. Bu gün Linkolnun şəkli 5 dollarlıq əskinasın və 1 sentlik pulun üstündədir. Məzarı Sprinqfilddəki Oak silsiləsi abidəsindədir[4]. Həmçinin 1922-ci ildə inşası başa çatdırılmış Linkoln memorialı da Vaşinqtonda yerləşir[5].
Vikisitatda Avraam Linkoln sui-qəsdi ilə əlaqədar sitatlar var. |
Vikianbarda Avraam Linkoln sui-qəsdi ilə əlaqəli mediafayllar var. |