Avropa Avropa 2011-ci ildən 2013-cü ilə qədər TRT 1-də yayımlanan sitcom janrında Türkiyə serialıdır.
Avropa Avropa | |
---|---|
Janr | Sitcom |
Rejissor | Şafak Bal |
Prodüser | Banu Akdeniz |
Ssenarist |
Fethi Kantarcı Saygın Delibaş Barkın Şenüren |
Rollarda |
Tarık Papuççuoğlu Günay Karacaoğlu Zuhal Topal Şehsuvar Aktaş Selen Seyven Burak Serdar Şanal Ahmet Saraçoğlu Bahar Süer Kadir Çöpdemir |
Montajçı | Bülent Terzioğlu |
İstehsalçı ölkə | |
İl | 25 sentyabr 2011 – 27 noyabr 2013 |
Dil | Türkcə |
Növü | Serial |
Rəng | Rəngli |
31 dekabr 2011-ci ildən, yəni yeni ildən Türkiyənin Avropa Birliyinə üzv olacağını Egemen Bağış bildirir. Bu hadisənin İstanbulda "Avrupa" binası sakinlərinə təsiri göstərilir. Koparan ailəsi ilə Beceren ailəsi arasındakı mübahisələr ön plandadır. Koparan ailəsinin qızı Gül ilə Beceren ailəsinin oğlu Can arasında sevgi münasibəti, bunu gizlətmək üçün etdikləri də serialın mövzularındandır. Serialın başqa mövzusu isə Ferdi ilə Mahirin iş ortaqları olduqları halda Gülbahar ilə Nermin arasındakı mübahisələrə görə bunu onlara deməyi bacarmadıqlarıdır.
Serialın 2-ci mövsümündə Gül və Canın evləndikdən sonra çəkdikləri əzablar, 3-cü mövsümdə isə Gül və Nerminin hamilə olmaları ön plandadır.