. Love.az

Avropanin Medeniyyet Paytaxti - Wikipedia - Love.az

Ana Səhifə - Avropanin Medeniyyet Paytaxti

Avropanın mədəniyyət paytaxtları — Avropa Birliyinin təşəbbüsü. Hər il qitənin bir şəhəri onun mədəniyyət mərkəzi seçilərək onun mədəni inkişafına diqqət cəlb edilir.

Peç, Macarıstan, 2010-cu il üçün seçilmiş Avropanın mədəniyyət paytaxtlarından biri

Avropanın mədəniyyət mərkəzi elan edilməsi həmin şəhərə əlavə maliyyə vəsaitləri yönəldir ki, bu da onun mədəni müəssisələrinin yenilənməsinə səbəb olur. Məsələn, Portunun (Portuqaliya) mədəniyyət paytaxtı elan edilməsi orada gözəl bir Portu Musiqi Evinin inşasına səbəb oldu.

Avropanın birinci mədəniyyət paytaxtı Avropa Birliyi tərəfindən 1985-ci ildə Afina elan edilib.

Sonradan anoloji olaraq 1990-cı illərin axırlarından Ərəb mədəniyyət paytaxtı və Amerikanın mədəniyyət paytaxtı təşəbbüsləri də meydana gəldi.

Mündəricat

  • 1 Avropanın mədəniyyət paytaxtlarının siyahısı
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Avropanın mədəniyyət paytaxtlarının siyahısı

redaktə
  • 1985:   Afina, Yunanıstan
  • 1986:   Florensiya, İtaliya
  • 1987:   Аmsterdam, Niderland
  • 1988:   Qərbi Berlin, Almaniya
  • 1989:   Paris, Fransa
  • 1990:   Qlazqo, Böyük Britaniya
  • 1991:   Dublin, İrlandiya
  • 1992:   Madrid, İspaniya
  • 1993:   Antverpen, Belçika
  • 1994:   Lissabon, Portuqaliya
  • 1995:   Lüksemburq (şəhər), Lüksemburq
  • 1996:   Kopenhagen, Danimarka
  • 1997:   Saloniki, Yunanıstan
  • 1998:   Stokholm, İsveç
  • 1999:   Veymar, Almaniya
  • 2000:   Avinyon, Fransa,   Bergen, Norveç,   Bolonya, İtaliya,   Brüssel, Belçika,   Helsinki, Finlandiya,   Krakov, Polşa,   Praqa, Çexiya,   Reykyavik, İslandiya,   Santyaqo-de-Kompostela, İspaniya
  • 2001:   Porto, Portuqaliya,   Rotterdam, Niderland
  • 2002:   Bryüqqe, Belçika,   Salamanka, İspaniya
  • 2003:   Qras, Avstriya
  • 2004:   Genuya, İtaliya,   Lill, Fransa
  • 2005:   Kork, İrlandiya
  • 2006:   Patrı, Yunanıstan
  • 2007:   Sibiu, Rumıniya,   Lüksümburq (şəhər), Lüksemburq, (  Belçika,  Almaniya,  Fransa,  Lüksemburq adından)
  • 2008:   Lverpul, Böyük Britaniya,   Stavenger, Norveç
  • 2009:   Vilnüs, Litva,   Lins, Avstriya
  • 2010:   Essen, Almaniya
  • 2010:   İstanbul, Türkiyə
  • 2010:   Peç, Macarıstan
  • 2011:   Turku, Finlandiya,   Tallin, Estoniya
  • 2012:   Qimaraynş, Portuqaliya,   Maribor, Sloveniya
  • 2013:   Marsel, Fransa,   Koşise, Slovakiya
  • 2014:   Umeo, İsveç,   Riqa, Latviya
  • 2015:   Belçika,   Çexiya
  • 2016:   San Sebastian, İspaniya,   Polşa
  • 2017:   Danimarka,   Kipr
  • 2018:   Niderland,   Malta
  • 2019:   İtaliya Matera,   Bolqarıstan[1]:
  • 2020:   Galway, İrlandiya,   Rijeka, Xorvatiya
  • 2021:   Timișoara, Rumıniya,   Novi Sad, Serbiya

Mənbə

redaktə
  • Mittag, Jürgen (Hg.): "Die Idee der Kulturhauptstadt Europas. Anfänge, Ausgestaltung und Auswirkungen Europäischer Kulturpolitik." Essen 2008.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2010-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-29.

Həmçinin bax

redaktə
  • Mədəniyyət
  • Paytaxt
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Avropanın_mədəniyyət_paytaxtı&oldid=6851752"
LOVE.AZ