. Love.az

Avroviziya Xor Musabiqesi 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Avroviziya Xor Musabiqesi 2017

Avroviziya Xor müsabiqəsi 2017 — Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən təşkil edilən xor ifaçıları üçün ilk Avroviziya xoru müsabiqəsi.Tədbir Latviyanın aparıcı yayımçısı Latviyas Televizija (LTV) və Riqa Turizmin İnkişafı Bürosu tərəfindən hazırlanmışdır.

Avroviziya Xoru 2017
Final 22 iyul 2017
Direktor Yon Ola Sand
İcraçı prodüser Yeva Rozentale
Kanal Latviyas Televizija
Keçirilən yer "Arena Riqa", Riqa, LatviyaLatviya
Qalib mahnı Karmen Menet Xoru,

Sloveniya Sloveniya

Seçki sistemi Yalnız üç nəfərdən ibarət, hakim münsiflər heyəti
İştirakçıların sayı 9
Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Xor Müsabiqəsi        ◄ 2019

Mündəricat

  • 1 İştirakçı ölkələr
  • 2 Yarışma qaydaları
  • 3 Müsabiqə
  • 4 Dirijorlar
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

İştirakçı ölkələr

redaktə
 
İştirakçı xəritəsi.

Avropa Yayım Birliyi (EBU) ilkin olaraq müsabiqədə 7 ölkənin mübarizə aparacağını açıqlasada, 3 Aprel 2017-ci il tarixində, Uelsin iştirakı təsdiqləndikdən sonra bu say 9-a yüksəlmişdir.[1]

Yarışma qaydaları

redaktə

Avropa Yayım Birliyinə (EBU) üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. İlk müsabiqənin qaydalarına əsasən, iştirakçı ölkələr davam etmə müddəti altı dəqiqədən çox olmayan xor əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. 2017-ci il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur.

Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir:

  •   Latviya – Elina Qarança (mezzo-soprano)[2]
  •   Birləşmiş Krallıq – Con Radır (Bəstəkar)
  •   İsveçrə – Nikolas Fink (Dirijor)[3]
 
"Avroviziya Xoru 2017"nin loqosu.

İlk Avroviziya Xor Müsabiqəsinin biletləri 15 mart 2017-ci il tarixində satışa çıxarılmışdır.

Müsabiqə

redaktə
Çıxış sırası[4] Ölkə[4] Xor[4] Əsər(lər)[4] Dil(lər) Dərəcə[5]
01   Estoniya Estonian TV Girls’ Choir "Absolute Tormis" Eston —
02   Danimarka Academic Choir of Aarhus "I Seraillets Have" / "Wiigen-Lied" Danca/ Almanca —
03   Belçika Les Pastoureaux "Dans la troupe" / "Ensemble" Fransızca —
04   Almaniya Jazzchor Freiburg "African Call" / "Palettes" Yaradıcı dil / Almanca —
05   Sloveniya Carmen Manet "Ta na Solbici" / "Adrca" / "Aj, zelena je vsa gora" Slovencə 1
06   Macarıstan Bartók Béla Férfikar "Karádi nóták" Macar —
07   Uels Côr Merched Sir Gâr "O, Mountain, O" / "Mil harddach" / "Wade in the Water" Çex / Uels / İngiliscə 2
08   Avstriya Hardchor Linz "Ave Maria" / "I tua wos i wü" / "Rah" Latınca / Almanca/ İngiliscə —
09   Latviya Spīgo "Grezna saule debesīs" / "Es čigāna meita biju" Latış 3

Dirijorlar

redaktə

Avroviziya Xoru Müsabiqəsinin ilk buraxılışında, təmsilçi xoru müşayiət edən dirijorların ölkələr üzrə siyahısı aşağıda təqdim edilmişdir:[6]

  •   Almaniya – Bertrand Qröqer
  •   Avstriya – Aleksandr Koller
  •   Belçika – Filipp Fevett
  •   Danimarka – Ol Foursçu
  •   Estoniya – A'arne Saluver
  •   Latviya – Liqa Talma-Korsiyata
  •   Macarıstan – Lokner Toməş
  •   Sloveniya – Primoj Kerştan
  •   Uels– İslven Evans

İstinadlar

redaktə
  1. ↑ Granger, Anthony. "Wales confirms participation in Eurovision Choir of the Year 2017". eurovoix.com. Eurovoix. 3 April 2017. 3 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2017.
  2. ↑ "Choir for televised euro event chosen". LSM. eng.lsm.lv. 30 April 2017. 12 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2017.
  3. ↑ Granger, Anthony. "Nicolas Fink named as third Eurovision Choir of the Year 2017 juror". eurovoix.com. Eurovoix. 20 May 2017. 13 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2017.
  4. ↑ 1 2 3 4 Granger, Anthony. "Eurovision Choir of the Year 2017 Running Order Revealed". eurovoix.com. Eurovoix. 21 July 2017. 21 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2017.
  5. ↑ "Carmen Manet from Slovenia win Eurovision Choir of the Year! | Eurovision Choir of the Year". Eurovision Choir of the Year (ingilis). 2017-07-22. 2017-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-22.
  6. ↑ Granger, Anthony. "Eurovision Choir of the Year 2017 conductors announced". eurovoix.com. Eurovoix. 4 July 2017. 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2017.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Avroviziya_Xor_müsabiqəsi_2017&oldid=7250281"
LOVE.AZ