. Love.az

Macaristan Avroviziya Mahni Musabiqesinde - Wikipedia - Love.az

Ana Səhifə - Macaristan Avroviziya Mahni Musabiqesinde

Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır.

Macarıstan
Macarıstan
Yayım hüququ Duna TV
Seçim tədbiri
Daxili seçim
  • 1995
  • 1998
  • 2009
  • 2011
Milli seçim turu
  • 1994
  • 1997
  • 2005
  • 2007–2008
  • A Dal
  • 2012–2019
Məlumat
İştirak sayı 17
Debüt müsabiqə 1994
Son müsabiqə 2019
Ən yaxşı nəticə 4-cü: 1994
Ən pis nəticə Sonuncu: 2008 (YF)
eurovision.tv/country/hu…

Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür.

Mündəricat

  • 1 Təmsilçilər
  • 2 Səsvermə tarixçəsi
  • 3 Qalereya
  • 4 Həmçinin bax

Təmsilçilər

redaktə

 Qalib  İkinci yer  Üçüncü yer  Sonuncu yer

İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1994 Macarca Friderika Bayer "Kinek mondjam el vétkeimet?" 4 122
Yarımfinal olmayıb
1995 Macarca Çaba Siqeti "Új név a régi ház falán" 22 3
1997 Macarca V. I. P. "Miért kell, hogy elmenj?" 12 39
1998 Macarca Çarli "A holnap már nem lesz szomorú" 23 4
2005 Macarca NOX "Forogj, világ!" 12 97 5 167
2007 İngiliscə Maqdi Ruja "Unsubstantial Blues" 9 128 2 224
2008 İngiliscə, Macarca Çezi "Candlelight"
Finala keçməyib
19 6
2009 İngiliscə Zoli Adok "Dance with Me" 15 16
2011 İngiliscə, Macarca Kati Volf "What About My Dreams?" 22 53 7 72
2012 İngiliscə Compact Disco "Sound of Our Hearts" 24 19 10 52
2013 Macarca ByeAlex "Kedvesem" 10 84 8 66
2014 İngiliscə Andras Kallay-Saunders "Running" 5 143 3 127
2015 İngiliscə Boqqi "Wars for Nothing" 20 19 8 67
2016 İngiliscə Freddi "Pioneer" 19 108 4 197
2017 Macarca Yoçi Papai "Origo" 8 200 2 231
2018 Macarca AWS "Viszlát nyár" 21 93 10 111
2019 Macarca Yoçi Papai "Az én apám"
Finala keçməyib
12 97

Səsvermə tarixçəsi

redaktə
Macarıstanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1   İsveç 67
2   Danimarka 53
  Niderland 53
4   Azərbaycan 52
5   Norveç 51
Macarıstanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1   Serbiya 68
2   Rumıniya 67
3   Finlandiya 61
4   Xorvatiya 53
5   Polşa 50

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

redaktə
  •  
    Maqdi Ruja Helsinki səhnəsində (2007)
  •  
    Kati Volf Düsseldorf səhnəsində (2011)
  •  
    ByeAlex Malmö səhnəsində (2013)
  •  
    Andras Kallay-Saunders Kopenhagen səhnəsində (2014)
  •  
    Freddi Stokholm səhnəsində (2016)
  •  
    Yoçi Papai Kiyev səhnəsində (2017)
  •  
    AWS qrupu Lissabon səhnəsində (2018)

Həmçinin bax

redaktə
  • Avroviziya Mahnı Müsabiqəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Macarıstan_Avroviziya_Mahnı_Müsabiqəsində&oldid=7586049"
LOVE.AZ