Avstraliya kinosu — Avstraliyanın kinematoqrafiya və film sənayesi. Avstraliya kinosunun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxtdan bəri Avstraliyanın çəkiliş qrupları çoxsaylı filmlər çəkmiş, onlardan bir neçəsi beynəlxalq səviyyədə təriflənmişdir. Bir çox tanınmış aktyor və rejissor karyeralarına Avstraliyada başlamış, onların bir çoxu beynəlxalq reputasiya qazanmış, bəziləri isə ABŞ kimi daha böyük kino mərkəzlərində karyeralarında daha böyük uğur tapmışdır.
Avstraliyada filmlər təsnifatlaşdırılaraq senzuraya məruz qalır.
Avstraliya İttifaqında kinematoqrafiya XX əsrin əvvəllərində yaranmışdır. "İlk xristian şəhidləri" (1900, rejissor Cozef Perri) Avstraliya İttifaqının ilk bədii filmidir. Səsli film 1930-cu ildə çəkilmişdir ("Kölgələr aləmindən", rejissor A. R. Harvud). Avstraliya İttifaqı sənədli kinosunun inkişafına məşhur Niderland rejissoru Yoris İvensin ("İndoneziya çağırır", 1945; Avstraliyada çəkilmişdir) böyük təsiri olmmuşdur. Xarici kino şirkətlərinin ölkənin kinostudiyalarına nəzarət etməsi Avstraliya İttifaqı kinematoqrafiyasının inkişafına təsir göstərmişdir. 1974-cü ildə ölkədə ekranlara, əsasən, kommersiya xarakterli filmlər buraxılmışdır. 1956-cı ildən Melburnda beynəlxalq kino festivalları keçirilir.[1]
Vikianbarda Avstraliya kinosu ilə əlaqəli mediafayllar var. |