Qara ayıca (lat. Axiopoena maura)[1] — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.
Qara ayıca | ||||||
---|---|---|---|---|---|---|
![]() | ||||||
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qara ayıca |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır.[2]
Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir. Turan – Zaqafqaziya növüdür. Azərbaycanda Naxçıvan MR-da və Bakıda yayılmışdır. Bu növün nümayəndələri mağara, qayalıq arası çatlarda kəpənək olduqları zaman günün şaha qalxdığı anlarda gizlənirlər. Özləri iyun-oktyabr ayları aktiv oluğu dövrdür.
Tırtılı olduqca iri, qara rəngli və kiçik tüklərlə örtülü olur. Əsasən yovşan və digər ot bitkiləri ilə qidalanır. Tırtılları qünün parlaq oduğu anlarında iri dağların arasında gizlənir. Kəpənəklərinə gündüzlər sahilboyu rayonlarda, mağara və daş kolların arasında hərəkətsiz vəziyyətdə nadir hallarda rast gəlinir. Tırtılı yovşanla qidalanır. Kəpənəyi sentyabr və oktyabr aylarında uçur. Tırtılı qışlayır, bir nəsil verir. Mənbə. Keçmiş SSRİ-nin, Azərbaycan SSR-in Qırmızı kitabına (1989) daxil edilmişdir.