. Love.az

Ay Yola - Wikipedia - Love.az

Ana Səhifə - Ay Yola

Ay Yola — etnopop üslubuda ifa edən başqırd musiqi qrupu.

Ay Yola
Əsas məlumatlar
Üslub etno pop
Fəaliyyət illəri 2024—günümüz
Ölkə Rusiya Rusiya,  Başqırdıstan
Şəhər Ufa
Leybl Mobile TeleSystems
Heyət Adel Şəyxetdinova
Ruslan Şəyxetdinov
Rinat Ramazanov

Qrupun Ural Batır (başq. Урал батыр) albomunun ikinci treki olan Homay mahnısı onlara məşhurluq qazandırmışdır.[1][2]

Mündəricat

  • 1 Adı
  • 2 Tarixi
  • 3 Üzvləri
  • 4 İstinadlar

Adı

redaktə

Qrupun adı iki başqırd sözünün latın yazısına transkripsiyasıdır. Ay (başq. ай - ay) və Yola (başq. йола - ənənə).

Rinat Ramazanov izah edir ki,[1]

"Ay Yola" başqırd dilində "kainat qanunları, nizamnamə", "xilqət qaydaların toplusu" deməkdir <...>

Orijinal mətn (rus.)
«Ay Yola» на башкирском языке означает «вселенские законы, устав», «свод правил мироздания» <...>

Tarixi

redaktə

Ay Yola iki musiqi qrupunun birləşməsi nəticəsində yaranıb. Prodüser Ruslan Şəyxetdinov və qızı Adelin 2010-cu ildən bəri Musume adlı qrupu var və bu qrupun bir neçə albomu var. Rinat Ramazanovun isə, Arqımak adlı qrupu var. Ruslan ilə Rinat Başqırdıstan Respublikasının paytaxtının 450 illiyinə həsr olunmuş Уфа моя (rus. Mənim Ufam) mahnısını yazraq bir-biri ilə tanış olmuşdular. Həmin mahnı бөтен Уфа televiziya kanalının müsabiqəsində qalib gəlmişdi.

Bu uğurdan ilhamlanan Rinat ilə Ruslan Ural Batır eposu əsasında yeni layihə hazırlamağa başlayıblar. 10 aylıq işdən sonra albom hazır idi. 2025-ci ilin fecralında onun Batır adlı ilk mahnısı buraxıldı. Martın 14-də isə, başqırd eposunun eyni adlı personajına həsr olunmuş Homay mahnısı buraxılmışdı.[3][4] Homay mahnısı Rusiyada çartların ilk onluğuna, Özbəkistanda və Azərbaycanda ilk beşliyinə daxil olmuşdu, Qazaxıstanda isə birinci yer əldə etmişdi.[3]

Üzvləri

redaktə
  • Adel Şəyxetdinova (başq. Адель Шәйхетдинова). Müğənni, gitara, dumbıra, bəstəkar. Radioaparıcı Ruslan Şəyxetdinovun qızı. İlham beynəlxalq müsabiqəsinin qran-pri laureatı.[1][2] Başqırdıstan Respublikasının əməkdar artisti (2025).[5]
  • Ruslan Şəyxetdinov (başq. Руслан Шәйхетдинов) və ya DJ Ruslan. Klaviş, bas gitara, kobuz. Səs rejisoru, prodüser, radio aparıcı.[1][2] Başqırdıstan Respublikasının əməkdar artisti (2025).[5]
  • Rinat Ramazanov (başq. Ринат Рамазанов). Müğənni, kurayçı. Arqımak qrupunun solisti və rəhbəri, Başqırd Gənclər Konqressinin sədri (2016-2025). Şəyexzadə Babiçin adına dövlət respublika gənclər mükafatının laureatı. Səudiyyə Ərəbistanda keçirilən Nomad Universe müsabiqəsinin qran-pri laureatı.[1][6] Başqırdıstan Respublikasının əməkdar artisti (2025).[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Лейла Аралбаева. "Башкирский альбом на основе эпоса «Урал-батыр» выходит на российском лейбле". ИА «Башинформ». 2025-02-16. İstifadə tarixi: 2025-03-28.
  2. ↑ 1 2 3 Анна Красюк. "Новая «Пыяла»? Как все сошли с ума по песне башкирской фолк-группы Ay Yola". Афиша Daily. 2025-03-26. İstifadə tarixi: 2025-03-28.
  3. ↑ 1 2 Алсу Муллахметова. "Руслан Север: Мы называем Адель «Наша Хумай»". Молодёжная газета Республики Башкортостан. 2025-03-26. İstifadə tarixi: 2025-03-28.
  4. ↑ "Песня башкирской группы опередила в мировом чарте Shazam хит Леди Гаги". AiF. İstifadə tarixi: 2025-04-01.
  5. ↑ 1 2 3 Ay Yola төркеме Башкортстанның халык һәм атказанган артистлары исеменә лаек булды. Татар-информ, 14.04.2025
  6. ↑ Лейла Аралбаева. "Фронтмен «Аргымака» Ринат Рамазанов предстал перед юными зрителями в новом образе". ИА «Башинформ». 2022-04-21. İstifadə tarixi: 2025-03-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ay_Yola&oldid=8120986"
LOVE.AZ