. Love.az

Aya Koda - Wikipedia - Love.az

Ana Səhifə - Aya Koda

Aya Koda (幸田文, Koda Aya?, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır.[1] Yazıçı Rohan Kodanın qızıdır.

Aya Koda
yap. 幸田文
Doğum tarixi 1 sentyabr 1904(1904-09-01)
Doğum yeri
  • Tokio[d], Tokio, Yaponiya
Vəfat tarixi 31 oktyabr 1990(1990-10-31) (86 yaşında)
Vəfat yeri
  • İşioka[d], İbaraki prefekturası, Yaponiya
Vəfat səbəbi ürək tutması[d]
Uşağı
  • Tama Aoki[d]
Fəaliyyəti romançı, esseist, yazıçı
Əsərlərinin dili yapon dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ədəbi üslubu
  • 3 Xatirəsi
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur.[2] Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır.[1] 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur.[2]

Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır.[1] 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür.[2] Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir.[1] Kimono geyinmiş qadınların əhatəsində olmaq 1955-ci ildə "Axıntı" (流れる, "Naqareru"?) adlı birinci romanını yazmaq üçün ilham mənbəyi olmuşdur.[1] Qocalan geyşadan bəhs edən bu əsər onun ən tanınmış əsəri olmuş və əsərə görə 1956-cı ildə Yaponiya İncəsənət Akademiyası Mükafatına layiq görülmüşdür.[2]

Koda 1956–57-ci illərdə "Böyük qardaş" əsərini, 1956-cı ildə isə "Didilmiş buludlar" esse kolleksiyasını yazmışdır.[2] Onun ailəsinin paqodalarla sıx əlaqəsi olduğu üçün Koda 1970-ci illərdə Horin məbədinin bərpası üçün pul toplamışdır.[1] Kodanın yaradıcılığı 1994–97-ci illərdə nəşr olunmuş 23 cildlik əsərdə öz əksini tapmışdır.[1]

Ədəbi üslubu

redaktə

Koda romanlar və esselər yazmışdır.[1] Ailə münasibətləri, gender rolları və ənənəvi Yaponiya mədəniyyəti onun ən çox müraciət etdiyi mövzular olmuşdur.[1] Kimono əsərlərinin əsas ünsürlərindən biri olmuşdur, buna görə də kimono ilə görünüşü popular olmuşdur.[1]

Xatirəsi

redaktə

Google 1 sentyabr 2020-ci ildə Kodanın 116 illiyi münasibətilə dudl yayımlamışdır.[1] "Bungo Stray Dogs" manqasında Aya Koda personajı onun şərəfinə adlandırılmışdır.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Aya Kōda's 116th Birthday". Google (ingiliscə). 1 sentyabr 2020. 21 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
  2. ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan
  3. ↑ "Bungo Stray Dogs" Manqa: 40-cı fəsil.

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 240. ISBN 0-87011-624-7. İstifadə tarixi: 21 noyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aya_Koda&oldid=7574469"
LOVE.AZ