. Love.az

Aylin Fazelian - Wikipedia - Love.az

Ana Səhifə - Aylin Fazelian
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Aylin Fazelian — siyasətçi, millət vəkili.

Aylin Fazelian
Şəxsi məlumatlar
Doğum tarixi 13 yanvar 1992 (33 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı İsveç İsveç
Partiya
  • İsveç Sosial-Demokrat Fəhlə Partiyası
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

redaktə

Aylin Fazelian 14 yaşından siyasətlə məşğuldur. O, 12 ildir ki, "Sosial-Demokrat Partiyası"da fəaliyyət göstərir. O, bundan əvvəl partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü seçilib.[1] 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub. Aylin Fazelian İsveç milli parlamentinə seçilən ilk azərbaycanlıdır.

13 yanvar 1992-ci ildə anadan olan İsveç Sosial Demokrat siyasətçidir. 2018-ci il parlament seçkilərindən sonra Vastra-Qotalandın qərb dairəsində parlamentin üzvü seçildi[2].

Aylin Fazelian Xarici İşlər Komitəsinin üzvü və Nordic Şurasının üzvüdür. S-women birliyinin idarə heyətindədir və beynəlxalq məsələlər üzrə birliyin nümayəndəsi. Eyni zamanda Göteborq bölgəsində Sosial Demokratlar şurasının üzvüdür[3].

O, Vestre-Gotaland Regional İnkişaf Şurasında Sosial Demokratlar qrupunun lideri həmçinin SBU rayon şurasının üzvü idi[4].

İstinadlar

redaktə
  1. ↑ Həmvətənlərimiz İsveç parlamentinə seçildilər [ölü keçid]
  2. ↑ "Aylin Fazelian". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  3. ↑ "Göteborgsområdet". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  4. ↑ "Aylin föreslås bli ny gruppledare i Regionutvecklingsnämnden – Göteborgsområdets socialdemokrater". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.

Xarici keçidlər

redaktə
  • Azərbaycanlı bacılar İsveçdə deputat seçildi
  • Azərbaycanlı deputata İsveçdə vəzifə verildi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aylin_Fazelian&oldid=7853075"
LOVE.AZ