. Love.az

Aymak - Wikipedia - Love.az

Ana Səhifə - Aymak

Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon.

Tarixi

redaktə

Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü.

Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır.

Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.[1].

1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır.

Müasir dövrdə

redaktə

Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür. Çin Xalq Respublikasında Daxili Monqolustan adlanan ərazisi 3 aymakdan ibarətdir. Aymakların özləri də öz növbəsində somonlara bölünür.

İstinad

redaktə
  1. ↑ "История административно-территориального деления Бурятии". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aymak&oldid=6455744"
LOVE.AZ