Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Azər Şabanov (23 fevral 1973[1], Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı.
Azər Axşam | |
---|---|
Doğum tarixi | 23 fevral 1973(1973-02-23)[1] (52 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Atası | Abdusalam Şabanov (ö. 2020) |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1992-indiyədək |
IMDb | ID3107957 |
Şabanov Azər Abdusalam oğlu[2] 23 fevral 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər ailəsində bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.
Aktyor 2 dəfə ailə həyatı qurub. Birinci evliliyindən Cavidan adlı oğlu var.[3] İkinci evliliyindən isə Ərcan adlı oğlu var.[4]
O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[5]
Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib. 2015-ci ilədək ATV kanalında "ATV Səhər" verilişinin aparıcısı olmuşdur. Həmçinin aktyor həmin kanalda yayımlanan "Qız atası" teleserialında Çingiz xarakterini canlandırır.
# | Filmin adı | Filmin ili | Rol | Janr |
---|---|---|---|---|
1 | Kəndim+nizə qayıdın!? (Film) | 2007 | Nuruş | Faciəvi komediya |
2 | Cavid ömrü | 2007 | Məmməd Əlili | Dram, Tarix, Bioqrafiya |
3 | Halal pullar | 2008 | Hamlet | Komediya |
4 | Oyunçu | 2008 | Komediya | |
5 | Aramızda qalsın | 2011 | Aslan | Komediya (Sitkom) |
6 | Qız atası | 2014 | Çingiz | Komediya (Sitkom) |
7 | 100 kağız | 2015 | Komediya | |
8 | Azər Axșam'la Bu Axșam | 2015–2016 | Aparıcı | Verliș proqramı |
9 | Hər Axșam | 2016–2017 | Aparıcı | Verliș proqramı |
10 | Atv Səhər | Aparıcı | Verliș proqramı |