. Love.az

Azerbaycan Edebiyyatsunasligi Jurnal - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Edebiyyatsunasligi Jurnal

Azərbaycan ədəbiyyatşünaslığı— Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.

Azərbaycan ədəbiyyatşünaslığı
Azərbaycan ədəbiyyatşünaslığı
Azərbaycan ədəbiyyatşünaslığı
Baş redaktor akademik İsa Həbibbəyli
Təsisçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təsis tarixi 1946
Ölkə Azərbaycan
ISSN 2663-4406 (Print); ISSN 2709-2699 (Online) ISSN 2663-4406 (Print); ISSN 2709-2699 (Online)
journal.literature.az

Mündəricat

  • 1 Jurnalın nəşri
  • 2 Haqqında
  • 3 Jurnalın bölmələri
  • 4 Jurnalın redaktorları
  • 5 Redaksiya qrupu
    • 5.1 Baş redaktor
    • 5.2 Məsul katib
    • 5.3 Redaksiya heyəti
    • 5.4 Məsul redaktor
    • 5.5 Beynəlxalq redaksiya heyəti
  • 6 Həmçinin bax
  • 7 Mənbə
  • 8 İstinad

Jurnalın nəşri

redaktə

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 1946-cı ildən 2019-cu ilə qədər "Ədəbiyyat məcmuəsi" adı ilə nəşr olunub. Jurnal yeni ad ilə 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalı ildə iki dəfə dərc olunur[1].

Haqqında

redaktə

"Azərbaycan ədəbiyyatşünaslığı" Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnaldır. Jurnalda məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində dərc edilir. Jurnalda konfrans və simpozium materialları da dərc edilir, həmçinin jurnalın Nizami Gəncəviyə, Xaqani Şirvaniyə və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına həsr etmiş olduğu xüsusi buraxılışları çap olunmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

Jurnalın bölmələri

redaktə

"Azərbaycan ədəbiyyatşünaslığının"nın bölmələri, rubrikaları ədəbiyyatşünaslıq elminin təsnifatı haqqında elmi təsəvvürlərin formalaşdırılmasında mühüm rol oynayır[2]. Jurnal aşağıdakı rubrikalardan ibarətdir:

  • Azərbaycan ədəbiyyatı
  • Mətbuat tarixi
  • Folklorşünaslıq
  • Mətnşünaslıq
  • Resenziyalar
  • Yubileylər
  • Xronika.

Jurnalın redaktorları

redaktə

Jurnalın nəşr edilib oxucularına çatdırılmasında baş redaktorların xüsusi xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığı jurnalına müxtəlif illərdə aşağıdakı elm xadimləri redaktorluq etmişlər:

  1. Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə
  2. Mirzağa Yüzbaşı oğlu Quluzadə
  3. Kamal Abdulla Şaiq oğlu Talıbzadə
  4. Yaşar Vahid oğlu Qarayev
  5. Bəkir Əhməd oğlu Nəbiyev
  6. Rəsul Əliabbas oğlu Rüstəmov
  7. Teymur Həşim oğlu Kərimli
  8. İsa Əkbər oğlu Həbibbəyli

Redaksiya qrupu

redaktə

Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Fransa, Gürcüstan,Polşa, Hindistan və digər ölkələrin alimləri daxildir.

Baş redaktor

redaktə
  • İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü

Məsul katib

redaktə
  • Aygün Bağırlı — filologiya üzrə fəlsəfə doktoru, dosent

Redaksiya heyəti

redaktə
  • Teymur Kərimli – AMEA-nın həqiqi üzvü
  • Nüşabə Araslı – AMEA-nın müxbir üzvü
  • Tehran Mustafayev – AMEA-nın müxbir üzvü
  • Təhsin Mütəllimov – AMEA-nın müxbir üzvü (BDU)
  • Əlizadə Əsgərli– filologiya elmləri doktoru, dosent
  • Məhərrəm Qasımlı – professor (Azərbaycan)
  • Şirindil Alışanlı – professor (Azərbaycan)
  • İmamverdi Həmidov – professor (Azərbaycan)
  • Zahid Xəlil – professor (ADPU)
  • Asif Rüstəmli – professor (Azərbaycan)
  • Əsgər Qədimov – professor (NDU)
  • Xəlil Yusifli – professor (AMEA Gəncə Bölməsi)
  • Fəridə Əzizova – filologiya elmləri doktoru, dosent (Azərbaycan)
  • Ataəmi Mirzəyev – filologiya elmləri doktoru, dosent (Azərbaycan)
  • Nikpur Cabbarlı – filologiya elmləri doktoru, dosent (Azərbaycan)
  • İslam Qəribov – professor (Azərbaycan)
  • Vüqar Əhməd – professor (Azərbaycan)
  • Razim Məmmədov – filologiya üzrə fəlsəfə doktoru, dosent (ADPU)

Məsul redaktor

redaktə
  • Töhfə Talıbova — filologiya üzrə fəlsəfə doktoru

Beynəlxalq redaksiya heyəti

redaktə
  • Yavuz Akpınar (Türkiyə)
  • Seyfəddin Altaylı (Türkiyə)
  • Həmidulla Baltobayev (Özbəkistan)
  • Mişel Bozdəmir (Fransa)
  • Elizbar Cavelidze (Gürcüstan)
  • Kim Minullin (Rusiya/Tatarıstan)
  • Əhməd Əxlaq Ahan (Hindistan)
  • Aqata Bareya (Polşa)
  • Qaadamba Bilquudei (Monqolustan)

Həmçinin bax

redaktə
  • https://literature.az/?lang=aze&page=808
  • https://science.gov.az/az/news/open/23420
  • https://tehsil-press.az/index.php?newsid=46633

Mənbə

redaktə
  • İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil. 2018. səh. 58
  • https://www.kaspi.az/az/azerbaycan-edebiyyatsunaslii-problemler-vezifeler
  • https://aqreqator.az/az/cemiyyet/1145751
  • https://www.literature.az/?page=161&newsId=117687&lang=aze
  • https://aak.gov.az/single/427
  • Azərbaycan ədəbiyyatşünaslığı. Bakı: "Elm və Təhsil. 2022/№ 1. səh. 158.

İstinad

redaktə
  1. ↑ Azərbaycan ədəbiyyatşünaslığı. Bakı: “Elm və Təhsil nəşriyyatı–1” MMC. 2022/№ 1. səh. 158.
  2. ↑ Ədəbiyyat məcmuəsi – 70. Ədəbiyyat İnstitutunun elmi əsərləri (1946-2016): Biblioqrafik göstərici. Bakı. 2016. səh. 165.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_ədəbiyyatşünaslığı_(jurnal)&oldid=7869401"
LOVE.AZ