. Love.az

Azerbaycan Badminton Federasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Badminton Federasiyasi

Azərbaycan Badminton Federasiyası — Azərbaycanda badmintona nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir.[1] Prezidenti Taleh Ziyadovdir. [2]

Azərbaycan Badminton Federasiyası
Yaranma tarixi 1962
Mərkəzi Bakı,Azərbaycan Azərbaycan
Sədr Taleh Ziyadov
badminton.az

Mündəricat

  • 1 Tarixi
  • 2 Rəhbərlik
  • 3 Prezidentləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Azərbaycan Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılmış, 1996-cı ildə yenidən təsis edilmişdir. 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının (EBF) üzvüdür. 1962-ci ildə Bakı şəhərində ilk badminton yarışları və çempionat, 1963-cü ildə Azərbaycan birinciliyi keçirilmişdir. Yeniyetmələrin 1969-cu ildə Klaypeda şəhərində keçirilən SSRİ birinciliyində Q. Hadıyev çempion, 1976-cı il (Mogilyov şəhəri) birinciliyində isə M. Orucov mütləq çempion olmuşdur. 1997-ci ildə İslam Ölkələri Qadınlarının İdman oyunlarında N. Mehdiyeva III yeri tutmuşdur. 2010-cu ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları qoşa yarışlarda bürünc medal qazanmışlar.

Rəhbərlik

redaktə
  • Taleh Ziyadov — Prezident
  • Nəsimi Musayev — Baş katib

Prezidentləri

redaktə
  • Kamal Abdulla[3] – 17 iyun 2015-ci ilə qədər;
  • Mikayıl Cabbarov[3] – 17 iyun 2015 – 8 dekabr 2021
  • Taleh Ziyadov – 8 dekabr 2021-ci ildən

İstinadlar

redaktə
  1. ↑ Olimpiya idman növləri üzrə milli federasiyalar Arxivləşdirilib 2022-01-05 at the Wayback Machine. azerbaijans.com  (az.)
  2. ↑ Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. apa.az, 08.12.2021  (az.)
  3. ↑ 1 2 Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib Arxivləşdirilib 2017-02-03 at the Wayback Machine. report.az, 17.06.2015  (az.)

Xarici keçidlər

redaktə
  • Rəsmi sayti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Badminton_Federasiyası&oldid=7490940"
LOVE.AZ