Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. (dekabr 2024) |
Taleh Məhəmməd oğlu Ziyadov — "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru. 17 noyabr 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsinə təyin edilib.[1] 8 dekabr 2021-ci ildə səsvermə nəticəsində Azərbaycan Badminton Federasiyasının yeni prezidenti seçilib.[2]
Taleh Ziyadov | |
---|---|
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru,
Azərbaycan Badminton Federasiyasının prezidenti | |
Vəzifədədir | |
17 noyabr 2014-cü il | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | nəqliyyat, logistika |
Taleh Ziyadov 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-ci ildə bakalavr təhsilini ABŞ-ın Beloit Kollecində Biznesin idarə edilməsi üzrə alıb. 2005-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra elə həmin ildə ABŞ-ın Corctaun Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə magistr dərəcəsi üzrə almışdır. 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetində siyasi elmlər və beynəlxalq inkişaf sahəsi üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.
Onun rəhbərliyi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəqəmsallaşma, əməliyyat səmərəliliyinin gücləndirilməsi və dayanıqlı inkişaf sahələrində qabaqcıl mövqe tutaraq Xəzər regionunda lider limanı kimi bir çox uğurlar qazanıb. Belə ki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionda xalis/sıfıra yaxın emissiya strategiyasını işləyib hazırlayaraq 2019-cu ildə regionda Avropa Portlar Assosiyasiyasından (ESPO) "EcoPort" sertifikatını alan ilk şirkət olub[3]. 2022-ci ildə Azərbaycanda BMT Qlobal Sazişinə qoşulan ilk dövlət şirkət olaraq ardınca 2024-cü ildə BMT-nin Okean İdarəetmə Koalisiyasına üzv kimi qəbul olub və 2030-cü il BMT-nin dayanıqlı inkişaf məqsədlərinə öz təhfəsini verir.[4]
Taleh Ziyadov, Azərbaycan Badmintonun Federasiyasının prezidenti kimi olimpiya idman növü kimi ümummilli inkişafına və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çalışır.
Ailəlidir, 3 övladı var.
2006–2007-ci illərdə Vaşinqtonda Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində çalışıb.[5] 2008-ci ildən etibarən Taleh Ziyadov bir çox yerli özəl və dövlət şirkətlərinə, o cümlədən beynəlxalq qurumlara Azərbaycan və Mərkəzi Asiyada nəqliyyat və logistika məsələləri üzrə məsləhətlər verib və mühazirələr keçib.[6]
Azərbaycan Diplomatik Akademiyasının professoru olub. Həmçinin, ADA Universitetinin akademik işlər üzrə dekan müavini və baş elmi işçivəzifəsində çalışıb.
O bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionu və zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir.[7]
Taleh Ziyadov Mərkəzi Avrasiya vasitəsilə Avro-Asiya ticarət və nəqliyyat şəbəkələrinin strateji təhlilini təqdim edən, inkişaf perspektivlərini əks etdirən “Azərbaycan Mərkəzi Avrasiyada Regional Qovşaq kimi” (Bakı: ADA, 2012) kitabının müəllifidir. Taleh Ziyadov həm də “Beyond of the World” adlı kitabın redaktorudur. Onun həmçinin "Analysis of Current Events", "Central Asia-Caucasus Institute Analyst", "Eurasia Daily Monitor", "Turkish Policy Quarterly", "International Negotiation Journal", və "the Moscow Times" kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Johns Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən Yeni İpək yolu: Böyük Mərkəzi Asiyada Nəqliyyat və Ticarət kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu barədə fəsli yazıb.