. Love.az

Azerbaycan Premyer Liqasini Qazanan Bas Mesqcilerin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Premyer Liqasini Qazanan Bas Mesqcilerin Siyahisi

Aşağıda 1992-ci ildən təşkil olunan və Azərbaycan futbol liqası sisteminin ən yüksək divizionu hesab olunan Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı təqdim edilmişdir.[Qeyd 1]

Qurban Qurbanov Azərbaycan Premyer Liqasını rekord sayda — 11 dəfə qazanıb.

31 mövsümdə 11 fərqli mütəxəssis çempionluq sevinci yaşayıb. Mütləq rekord 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanova məxsusdur — 11 dəfə. Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Kazbek Tuayevin 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Arif Əsədov və Samir Abasov bir dəfə belə uğura imza atıb.

Ağasəlim Mircavadov 4 fərqli komandanı çempion edə bilmiş yeganə məşqçidir. O, 1993 mövsümündə "Qarabağ"ı, 1999-00 və 2000-01 mövsümlərində "Şəmkir"i, 2004-05 mövsümündə "Neftçi"ni, 2006-07 mövsümündə isə "Xəzər Lənkəran"ı çempionluğa daşıyıb. Kazbek Tuayev və Böyükağa Hacıyev bu uğura 2 fərqli komanda ilə nail olublar.

Azərbaycan çempionatları tarixində cəmi 3 əcnəbi mütəxəssis qızıl medalı boynundan asa bilib. Ukraynalı Valentin Xodukin və gürcüstanlı Kaxaber Tsxadadze "İnter"i, şimali makedoniyalı Qyoko Hacıyevski isə "Bakı"nı bir dəfə çempion edib.

Üç nəfər — Arif Əsədov, Qurban Qurbanov və Samir Abasov həm futbolçu, həm də məşqçi kimi Azərbaycan Premyer Liqasının qalibi olub. Arif Əsədov 1992, 1995-96 və 1996-97 mövsümlərində "Neftçi"də futbolçu,[1] 2010-11 mövsümündə isə "Neftçi"də məşqçi kimi çempionluq qazanıb. Qurban Qurbanov 1993-94 mövsümündə "Turan"da, 1996-97, 2003-04 və 2004-05 mövsümlərində isə "Neftçi"də futbolçu kimi,[2] 2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2021-22, 2022-23, 2023-24 və 2024-25 mövsümlərində isə "Qarabağ"da məşqçi kimi çempion olub. Samir Abasov 2003-04 mövsümündə "Neftçi"də, 2007-08 və 2009-10 mövsümlərində isə "İnter"də futbolçu,[3] 2020-21 mövsümündə isə "Neftçi"də məşqçi kimi çempionluq qazanıb.

Mündəricat

  • 1 İllər üzrə qaliblərin siyahısı
  • 2 Bir dəfədən çox qazanan baş məşqçilər
  • 3 Ölkələr üzrə
  • 4 Qeydlər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

İllər üzrə qaliblərin siyahısı

redaktə
Mövsüm Vətəndaşlıq Qalib məşqçi Klub İstinad
1992   Azərbaycan Əhməd Ələsgərov Neftçi [4]
1993   Azərbaycan Ağasəlim Mircavadov Qarabağ [5]
1993-94   Azərbaycan Kazbek Tuayev Turan [6]
1994-95   Azərbaycan Mehman Allahverdiyev Kəpəz [7]
1995-96   Azərbaycan Kazbek Tuayev Neftçi [8]
1996-97   Azərbaycan Kazbek Tuayev Neftçi [9]
1997-98   Azərbaycan Mehman Allahverdiyev Kəpəz [10]
1998-99   Azərbaycan Mehman Allahverdiyev Kəpəz [11]
1999-00   Azərbaycan Ağasəlim Mircavadov Şəmkir [12]
2000-01   Azərbaycan Ağasəlim Mircavadov Şəmkir [13]
2001-02
yarımçıq qalıb
2002-03
keçirilməyib
2003-04   Azərbaycan Kazbek Tuayev Neftçi [14]
2004-05   Azərbaycan Ağasəlim Mircavadov Neftçi [15]
2005-06   Azərbaycan Böyükağa Hacıyev Bakı [16]
2006-07   Azərbaycan Ağasəlim Mircavadov Xəzər Lənkəran [17]
2007-08   Ukrayna Valentin Xodukin İnter [18]
2008-09   Şimali Makedoniya Qyoko Hacıyevski Bakı [19]
2009-10   Gürcüstan Kaxaber Tsxadadze İnter [20]
2010-11   Azərbaycan Arif Əsədov Neftçi [21]
2011-12   Azərbaycan Böyükağa Hacıyev Neftçi [22]
2012-13   Azərbaycan Böyükağa Hacıyev Neftçi [23]
2013-14   Azərbaycan Qurban Qurbanov Qarabağ [24]
2014-15   Azərbaycan Qurban Qurbanov Qarabağ [25]
2015-16   Azərbaycan Qurban Qurbanov Qarabağ [26]
2016-17   Azərbaycan Qurban Qurbanov Qarabağ [27]
2017-18   Azərbaycan Qurban Qurbanov Qarabağ [28]
2018-19   Azərbaycan Qurban Qurbanov Qarabağ [29]
2019-20   Azərbaycan Qurban Qurbanov Qarabağ [30]
2020-21   Azərbaycan Samir Abasov Neftçi [31]
2021-22   Azərbaycan Qurban Qurbanov Qarabağ [32]
2022-23   Azərbaycan Qurban Qurbanov Qarabağ [33]
2023-24   Azərbaycan Qurban Qurbanov Qarabağ [34]
2024-25   Azərbaycan Qurban Qurbanov Qarabağ [35]

Bir dəfədən çox qazanan baş məşqçilər

redaktə
Sıra Vətəndaşlıq Məşqçi Cəmi Qalib olduğu mövsümlər Qalib olduğu klub(lar)
1   Azərbaycan Qurban Qurbanov 11 2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2021-22, 2022-23, 2023-24, 2024-25 Qarabağ
2   Azərbaycan Ağasəlim Mircavadov 5 1993, 1999-00, 2000-01, 2004-05, 2006-07 Qarabağ, Şəmkir (2), Neftçi, Xəzər Lənkəran
3   Azərbaycan Kazbek Tuayev 4 1993-94, 1995-96, 1996-97, 2003-04 Turan, Neftçi (3)
4   Azərbaycan Mehman Allahverdiyev 3 1994-95, 1997-98, 1998-99 Kəpəz (3)
  Azərbaycan Böyükağa Hacıyev 3 2005-06, 2011-12, 2012-13 Bakı, Neftçi (2)

Qalın şrift = Hələ də məşqçi kimi fəaliyyətini davam etdirir.

Ölkələr üzrə

redaktə

Bu cədvəldə məşqçilərin vətəndaşlıqlarına görə qələbə sayının statistikası göstərilmişdir.

Vətəndaşlıq Qələbələrin sayı
  Azərbaycan 29
  Ukrayna 1
  Şimali Makedoniya 1
  Gürcüstan 1

Qeydlər

redaktə
  1. ↑ Çempionat 1992-ci ildən 2007-ci ilə qədər "Yüksək Liqa" adı altında keçirilib.

İstinadlar

redaktə
  1. ↑ "General Information about the player Arif Əsədov". National-football-teams.com. 2025-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  2. ↑ "General Information about the player Qurban Qurbanov". National-football-teams.com. 2025-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  3. ↑ "General Information about the player Samir Abbasov". National-football-teams.com. 2025-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-02.
  4. ↑ "Kim oynadı, kim vurdu - 1992" (PDF). Pfl.az. 2024-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-15.
  5. ↑ "Kim oynadı, kim vurdu - 1993" (PDF). Pfl.az. 2024-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-15.
  6. ↑ "Kim oynadı, kim vurdu - 1993-94" (PDF). Pfl.az. 2024-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-15.
  7. ↑ "Kim oynadı, kim vurdu - 1994-95" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-16.
  8. ↑ "Kim oynadı, kim vurdu - 1995-96" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-16.
  9. ↑ "Kim oynadı, kim vurdu - 1996-97" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-16.
  10. ↑ "Kim oynadı, kim vurdu - 1997-98" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-16.
  11. ↑ "Kim oynadı, kim vurdu - 1998-99" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  12. ↑ "Kim oynadı, kim vurdu - 1999-00" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  13. ↑ "Kim oynadı, kim vurdu - 2000-01" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  14. ↑ "Kim oynadı, kim vurdu - 2003-04" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  15. ↑ "Kim oynadı, kim vurdu - 2004-05" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-23.
  16. ↑ "Kim oynadı, kim vurdu - 2005-06" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  17. ↑ "Kim oynadı, kim vurdu - 2006-07" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  18. ↑ "Kim oynadı, kim vurdu - 2007-08" (PDF). Pfl.az. 2024-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-23.
  19. ↑ "Kim oynadı, kim vurdu - 2008-09" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-23.
  20. ↑ "Kim oynadı, kim vurdu - 2009-10" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-29.
  21. ↑ "Kim oynadı, kim vurdu - 2010-11" (PDF). Pfl.az. 2024-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-29.
  22. ↑ "Kim oynadı, kim vurdu - 2011-12" (PDF). Pfl.az. 2024-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-29.
  23. ↑ "Kim oynadı, kim vurdu - 2012-13" (PDF). Pfl.az. 2024-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-29.
  24. ↑ "Kim oynadı, kim vurdu - 2013-14" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-29.
  25. ↑ "Kim oynadı, kim vurdu - 2014-15" (PDF). Pfl.az. 2024-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-29.
  26. ↑ "Kim oynadı, kim vurdu - 2015-16" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  27. ↑ "Kim oynadı, kim vurdu - 2016-17" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  28. ↑ "Kim oynadı, kim vurdu - 2017-18" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  29. ↑ "Kim oynadı, kim vurdu - 2018-19" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  30. ↑ "Kim oynadı, kim vurdu - 2019-20" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  31. ↑ "Kim oynadı, kim vurdu - 2020-21" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  32. ↑ "Kim oynadı, kim vurdu - 2021-22" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  33. ↑ "Kim oynadı, kim vurdu - 2022-23" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-12-30.
  34. ↑ "Kim oynadı, kim vurdu - 2023-24" (PDF). Pfl.az. 2024-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-30.
  35. ↑ "Qurban Qurbanovun "11-liy"i". Pfl.az. 2025-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-04-28.

Xarici keçidlər

redaktə
  • Azərbaycan çempionatlarında medal qazanan məşqçilər: Qurbanov hamını qabaqlayır - SİYAHI
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Premyer_Liqasını_qazanan_baş_məşqçilərin_siyahısı&oldid=8135241"
LOVE.AZ