. Love.az

Valentin Xodukin - Wikipedia - Love.az

Ana Səhifə - Valentin Xodukin

Valentin Xodukin (ukr. Валентин Ходукин; 17 avqust 1939, Xarkov – 16 dekabr 2020) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu və ukraynalı futbol məşqçisi.

Valentin Xodukin
Ümumi məlumatlar
Doğum tarixi 17 avqust 1939(1939-08-17)
Doğum yeri
  • Xarkov, Xarkov vilayəti, Ukrayna SSR, SSRİ
Vəfat tarixi 16 dekabr 2020(2020-12-16) (81 yaşında)
Vətəndaşlığı
  •  SSRİ
Mövqeyi yarımmüdafiəçi

Həyatı

redaktə

Futbolçu kimi "Neftyanik" (Droqobıç, Ukrayna), "Dvina" (Vitebsk, Belorus), "Avanqard" (Ternopol, Ukrayna), "Selmaş" və "Karpatı" (hər ikisi Lvov, Ukrayna) komandalarında oynaylb.

Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və orada pedaqoji fəaliyyət göstərib. 8 il futbol kafedrasına rəhbərlik edib. Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib.

V. Xodukin zəngin məşqçilik karyerasına malikdir. 1990-cı ildən Ukrayna çempionatının II, I və yüksək liqalarında yarışan bir sıra klubların məşqçisi və baş məşqçisi olub, güclülər dəstəsində oynayan "Karpatı" (Lvov) və "Krivbass" (Krivoy Roq) kimi komandalarda baş məşqçi işləyib. Ukrayna kuboku uğrunda mübarizənin finalçısı, UEFA Kuboku yarışlarının iştirakçısı olub.

V.Xodukin 13-cü Azərbaycan çempionatından Bakının "İnter" komandasında işləyir. Klubda əvvəlcə analitik qrupa rəhbərlik edən mütəxəssis 14-cü çempionatın sonlarından (2006) baş məşqçi vəzifəsində çalışır.

İstinadlar

redaktə
Futbolçu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valentin_Xodukin&oldid=7937157"
LOVE.AZ