. Love.az

Ageli Ibrahimov - Wikipedia - Love.az

Ana Səhifə - Ageli Ibrahimov

Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006).

Ağaəli İbrahimov
Doğum tarixi 6 fevral 1946(1946-02-06) (79 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam
Təhsili Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi;
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20062006 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20022002

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.[1]

Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb.

Ailəsi

redaktə

Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.

Filmoqrafiya

redaktə
  • Məhəbbətin hökmü (film, 1998)
  • Sifarişçi (film, 2000)
  • Sonuncu dərviş (film, 2009)

İstinadlar

redaktə
  1. ↑ Ramid İbrahimov. "Rəssam üçün birinci azadlıqdır, ikinci emalatxana" (Azərbaycan). anl.az. 23-5-2017 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağaəli_İbrahimov&oldid=7313478"
LOVE.AZ