. Love.az

Azerbaycan Xalq Cumhuriyyetinin Herbi Demiryolcular Mektebi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Xalq Cumhuriyyetinin Herbi Demiryolcular Mektebi

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi.[1]

Mündəricat

  • 1 Yaradılması
  • 2 Rəhbərlik
  • 3 Həmçinin bax
  • 4 Mənbə
    • 4.1 İstinadlar

Yaradılması

redaktə

Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı.[1]

Rəhbərlik

redaktə

Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu.

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu
  • Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920), Армия (документы и материалы), Б., 1998
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Xalq_Cümhuriyyətinin_Hərbi_Dəmiryolçular_Məktəbi&oldid=6106071"
LOVE.AZ