. Love.az

Azad Novruzov - Wikipedia - Love.az

Ana Səhifə - Azad Novruzov

Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — pedaqogika üzrə fəlsəfə doktoru, dosent.[1] Naxçıvan Müəllimlər İnstitutunun rektoru (2000–27.11.2024), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı.

Azad Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1965(1965-06-01) (59 yaş)
Doğum yeri
  • Aşağı Qışlaq, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Naxçıvan Dövlət Universiteti
Elmi fəaliyyəti
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi Pedaqogika üzrə fəlsəfə doktoru
Elmi adı Dosent

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi və pedoqoji fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur.

1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır.

1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

A.S.Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam vermişdir.[2]

Elmi və pedoqoji fəaliyyəti

redaktə

1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir.

2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır.

Təltif və mükafatları

redaktə

2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ "Naxçıvan Müəllimlər İnstitutu". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-17.
  2. ↑ A.S.Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tarix: 28.11.2024
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azad_Novruzov&oldid=8074681"
LOVE.AZ